PSV-nin futbolçusu "Qarabağ"ın şansını az hesab edir

PSV-nin futbolçusu "Qarabağ"ın şansını az hesab edir
GÜNDƏM 14 Avqust 2018 / 11:21 5556
-  A +

Çempionlar Liqasının pley-off mərhələsində BATE - "Qarabağ" cütlüyünün qalibi ilə qarşılaşacaq PSV-nin futbolçusu Luk de Yonq açıqlama verib.

Qol.az-ın Hollandiya mətbuatına istinadən yaydığı xəbərə görə, o, Belarus klubu ilə qarşılaşmaq şanslarının daha yüksək olduğunu bildirib:

"BATE ilk oyunda 1:0 hesabı ilə qalib gəlib.  Onlarla qarşılaşmaq ehtimalımız daha yüksəkdir. Rəqibimizin kim olacağı dəqiqləşən kimi oyuna hazırlaşacaq. Amma əvvəlcə "Fortuna" ilə matç var. Sonra Çempionlar Liqasının düşünəcəyik".

Daha çox


Son xəbərlər