BATE - "Qarabağ" oyununda anşlaq

BATE - "Qarabağ" oyununda anşlaq
GÜNDƏM 14 Avqust 2018 / 11:10 6819
-  A +

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunu çərçivəsində bu gün keçiriləcək BATE - "Qarabağ" oyununa 12 minə yaxın bilet satılıb.

Qol.az-ın xəbərinə görə, bu barədə Belarus mətbuatı məlumat yayıb. Hazırda satışda təxminən 1500 biletin qaldığı bildirilib. Oyun saatına kimi biletlərin hamısının satılacağı gözlənilir.
Qeyd edək ki, oyunun keçiriləcəyi "Borisov-Arena"nın azarkeş tutumu 13121 nəfərdir.

Xatırladaq ki, görüş Bakı vaxtı ilə 21:00-da başlayacaq. İlk oyunda "Qarabağ" rəqibinə 0:1 hesabı ilə uduzub.

Daha çox


Son xəbərlər
16.04.24  12:58

Avro-2024-ü buraxacaq