“İnter” Fransa və Polşa klublarını məğlub edib, belçikalılara uduzdu

“İnter” Fransa və Polşa klublarını məğlub edib, belçikalılara uduzdu
XƏBƏR 23 May 2010 / 14:15 2106
-  A +

“İnter”PİK-in 16 yaşlılardan ibarət komandası Fransada təşkil olunan beynəlxalq turnirdə ilk oyunlarını keçirib. Qol.Az-ın paytaxt klubunun rəsmi internet saytına istinadən məlumatına görə, təmsilçimiz ilk oyun günündə, yəni dünən üç oyun keçirib. İlk qarşılaşmada Belçikanın “H.J.R.D” komandasına 0:1 hesabıyla məğlub olan “bankirlər” ikinci oyunda Fransanın “Grande Synthe”komandasına qalib gəlib. Xəyyam Bəkirlinin yetirmələri fransızları 1:0 hesabıyla məğlub edib. Komandamızın qələbə qolunu Fikrət Quliyev vurdu. Polşanın “Pogon” (Vratslav) komandasıyla qarşılaşmada da sevinən tərəf bakılılar olub. Bu dəfə Elşən Abdullayev fəqrlənib.
Bu gün “İnter” daha iki oyun keçirəcək. Komandamız Fransanın “Dijon” və “ASCQ” komandalarıyla qarşılaşacaq.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı