«Xəzər-Lənkəran»ın növbəti rəqibləri müəyyənləşdi

XƏBƏR 19 Yanvar 2009 / 14:15 2731
-  A +

Türkiyədə təlim-məşq toplanışını davam etdirən “Xəzər Lənkəran”ın növbəti sparrinq-rəqibləri müəyyənləşib. Qol.Az-ın məlumatına görə, sabah son müvsümün yekunlarına əsasən Rusiya Premyer-liqasına vəsiqə qazanmış “Rostov”la qarşılaşmağə planlaşdıran «XL» iki gün sonra Qazaxıstanın “Atırau” komandasıyla üzləşəcək.
Xatırladaq ki, “Xəzər Lənkəran” yanvarın 4-dən etibarən Antalyada ölkə çempionatının ikinci dövrəsinə hazırlaşır. Təlim-məşq toplanışı ilin ilk ayının 28-nə kimi davam edəcək və komanda baş məşqçisi İqor Ponomaryov yuxarıda qeyd olunan matçlardan əlavə futbolçuları daha iki-üç oyunda sınaqdan keçirməyi düşünür.
Onu da qeyd edək ki, komanda bugünədək Antalyada üç sınaq matçı keçirib və iki eynihesablı (3:1) qələbə qazanıb. “Ankara Demirspor”la (Türkiyə) “Aktobe”yə (Qazaxıstan) qalib gələn komanda Rusiyanın birinci dəstə təmsilçisi “Salyut-Energiya”ya məğlub olub - 1:2.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı