"Atletiko" Qodinlə müqavilə yenilədi

"Atletiko" Qodinlə müqavilə yenilədi
XƏBƏR 13 Avqust 2018 / 13:48 1261
-  A +

Avropa nəhənglərinin maraq dairəsində olan "Atletiko"nun müdafiəçisi Dieqo Qodinin taleyina aydınlıq gəlib.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, uruqvaylı futbolçu Madrid təmsilçisində qalıb. Təcrübəli oyunçu ilə yeni müqavilə imzalanıb. Sözləşməyə əsasən, o, 2021-ci ilə kimi "Atletiko"da çıxış edəcək. Klub rəhbərliyi Qodinə 20 milyon avro transfer qiyməti qoyub

Qeyd edək ki, 2010-cu ildən "Atletiko"da çıxış edən futbolçu 350 rəsmi matçda meydana çıxıb.


Son xəbərlər