Premyer Liqamızda 55-ci əcnəbi baş məşqçi

Premyer Liqamızda 55-ci əcnəbi baş məşqçi
XƏBƏR 13 Avqust 2018 / 13:30 2409
-  A +

Topaz Premyer Liqasının 1-ci turunun “Keşlə” – “Sabah” qarşılaşması (0:1) daha bir legioner baş məşqçinin Azərbaycan çempionatında debütü ilə əlamətdar olub.

Qol.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə,  meydan sahiblərinin çalışdırıcısı Mladen Milinkoviç yarışın tarixinə 55-ci əcnəbi mütəxəssis kimi düşüb.

O, Azərbaycan çempionatlarında 4-cü serbiyalı baş məşqçidir. Milinkoviçə qədər həmyerliləri Petar Kurçubiç “Olimpik”i (indiki “Şüvəlan”), Milinko Pantiç “Bakı”nı çalışdırıb. Miroslav Saviç isə baş məşqçi əvəzi kimi “Masallı”nı 1 oyuna çıxarıb.

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord