"Qarabağ"ın rəqibi fransız futbolçu alır

"Qarabağ"ın rəqibi fransız futbolçu alır
XƏBƏR 13 Avqust 2018 / 11:40 4762
-  A +

"Qarabağ"ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi BATE heyətini gücləndirməyə hazırlaşır.

Qol.az-ın Belarus mətbuatına istinadən yaydığı xəbərə görə, Borisov təmsilçisi "Neman" klubunun yarımmüdafiəçisi Erven Mukamı transfer etmək istəyir. Bir müddətdir Kamerun əsilli fransız futbolçuyla maraqlanan BATE-nin yaxın günlərdə qarşı tərəfə təklif göndərəcəyi bildirilib.

Qeyd edək ki, "Qarabağ"la BATE arasında cavab oyunu sabah "Borisov-Arena"da keçiriləcək və Bakı vaxtı ilə 21:00-da başlayacaq. İlk oyunda belaruslular 1:0 hesablı qələbə qazanıblar.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı