"Qəbələ"dən Premyer Liqada 450-ci qol

"Qəbələ"dən Premyer Liqada 450-ci qol
XƏBƏR 13 Avqust 2018 / 10:59 1215
-  A +

Topaz Premyer Liqasının 2018/19 mövsümünə “Səbail”lə qarşılaşma ilə start verən “Qəbələ” 3:0 hesabı ilə qalib gəlib.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, bu, komandanın tarixinə 49-cu böyükhesablı qələbə kimi düşüb. “Qırmızı-qaralar” 28-ci dəfə Premyer Liqa matçında 3 və ya daha çox top fərqinə nail olub.
 
“Qəbələ” tarixində 2-ci dəfə Premyer Liqada mövsümə böyükhesablı qələbə ilə başlayıb. İlk belə hadisə 2008/09 mövsümündə qeydə alınmışdı. 10 il öncə komanda startda “Muğan”ı 4:1 hesabı ilə məğlub etmişdi.
 
“Səbail”lə matçda vurulan ilk top “Qəbələ”nin Premyer Liqada 450-ci qolu kimi tarixə düşüb. Yubiley qolunun müəllifi Asif Məmmədov olub. “Qırmızı-qaralar” 365-ci oyununda rəqib qapısına vurulan topların sayını 452-yə çatdıra bilib.
 
Asif həm də özünün “qırmızı-qara” forma ilə 10-cu çempionat qoluna imza atıb. Ümumilikdə isə yarımmüdafiəçi bu komandada 13 dəfə rəqib qapısına yol tapıb. Bütün qollarını çempionatda vuran Ürfan Abbasov isə 3-cü dəfə fərqlənib.
 
“Qəbələ”də qol hesabını açan Ceyms Adeniyi klub tarixinə bunu bacaran 120-ci oyunçu kimi düşüb. O, “qırmızı-qaralar”ın Premyer Liqada qol vuran 92-ci futbolçusudur.
 
5 oyunçu isə Premyer Liqada ilk dəfə klubun formasını geyinib. Sabien Lilay, Ceyms Adeniyi, Lalavele Atakora, Bəhlul Mustafazadə və Rauf Əliyev UEFA Avropa Liqasının ardından çempionatda da “Qəbələ”də debüt ediblər. Bununla da komandanın Premyer Liqada çıxış edən futbolçularının sayı 214-ə çatıb.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın