Hafiz Məmmədov: “Kuboku itirmək istəmirəm, amma…”

Hafiz Məmmədov: “Kuboku itirmək istəmirəm, amma…”
ÖLKƏ FUTBOLU 23 May 2010 / 13:33 2313
-  A +

“Bakı”nın prezidenti Hafiz Məmmədov komandasının Unibank Premyer Liqasının son turunda “Xəzər Lənkəran” üzərində qazandığı qələbədən məmnun qaldığını bildirib. Qol.Az-ın paytaxt klubunun rəsmi internet saytına istinadən məlumatına görə, klub rəhbəri bu qələbə sayəsində “Bakı”nın halal imicini qoruduğunu və layiqli qələbə qazandığını söyləyib: “Oyundan öncə müxtəlif söz-söhbətlər yayılmışdı. Lakin komandamız meydanda son ana qədər vuruşaraq, qazandığı layiqli qələbə ilə deyilənlərin həqiqətəuyğun olmadığını sübuta yetirdi. “Bakı” klubu növbəti dəfə çirkin işlərlə məşqul olmadığını, hər zaman idman prinsiplərinə uyğun olaraq “fair-play” çərçivəsində mübarizə apardığını təsdiqlədi. Futbolçularımızın çıxışını çox bəyəndim. Onlar əsl kişi kimi mübarizə apararaq, özlərinin, klublarının imicini qorudular. Bu cür möhtəşəm qələbə qazandığımız üçün çox şad oldum. Son qarşılaşma bir daha Azərbaycan futbolunun doğru yolda, inkişafda olduğunu göstərdi. Cənab prezidentimiz İlham Əliyev, AFFA prezidenti Rövnəq Abdullayev futbolumuzun inkişafı üçün çox böyük işlər görürlər. Sevindirici haldır ki, onların çəkdiyi əziyyət yerdə qalmır. Çempion olmadıq, amma gümüş medal qazanmağımıza görə üzülmürəm. Çünki kolleksiyamızda qızıl və bürünc medal olsa da, gümüş yox idi. Lənkəranda qazandığımız qələbə sayəsində komandamızın reytinq artdı. Bu gün çoxları “Bakı” klubu haqda xoş sözlər söyləyir ki, bu da bizi sevindirməyə bilməz”.
Daha sonra Hafiz Məmmədov kubokun final oyunu çərçivəsində keçiriləcək “Bakı” - “Xəzər Lənkəran” qarşılaşması barədə də fikirlərini bildirib: “Kubok matçından yalnız qələbə gözləyirəm. Lənkəranda qazandığımız qələbənin ardını gətirməliyik. Kuboku itirmək istəmirəm, amma tam səmimi deyirəm, sabah uduzsaq belə, ilk dəfə olaraq bu yenilgiyə bir o qədər də üzülməyəcəyəm. Çünki Azərbaycanda 4-5 iddialı klub var ki, onlardan biri də “Xəzər Lənkəran”dır. Onlar da Azərbaycan futbolunun inkişafı üçün böyük işlər görürlər. Amma yenə də ümid edirəm ki, kubok bizim olacaq”.

Daha çox


Son xəbərlər