"Komandaya demişdim ki, ilk oyun psixoloji planda çox vacibdir. Yekunda futbolçuları dilxor gördüm. Bu, bizim üçün yaxşı hal deyil. Rəqibi təbrik edirəm, yaxşı komandadır. Bir qol vurdular və 3 xal əldə etdilər. Bizim oyunumuzda da bəzi dəyişikliklər etmək lazımdır. İlk hissədə Miloş Boşançiçin zədə alması bizə pis təsir etdi. Meydana sonradan girənlərin bizə kömək etməsi üçün vaxt lazımdır. Fasilədən sonra şanslarımız da oldu. Amma vura bilmədik".
Qol.az-ın sportnet.az-a istinadən verdiyi məlumatına görə, bunu "Keşlə"nin baş məşqçisi Mladen Milinkoviç "Sabah"a evdə 0:1 hesabı ilə uduzduqları Topaz Premyer Liqasının ilk tur matçından sonra mətbuat konfransında deyib. 50 yaşlı serbiyalı mütəxəssis sualları da cavablandırıb.
- Bu heyətlə "Keşlə"nin çempionatdakı şansını necə dəyərləndirirsiniz?
- Hələ çempionatın başlanğıcıdır. Turun digər görüşlərinə də baxmışam. Komandalar arasında güc baxımından fərq görmədim. İki həftədir Azərbaycandayam. "Sabah"ın heyətində matçın gedişatını dəyişən ən azı iki futbolçu vardı. Bizdə isə əvvəllər Sezar Meza Kolli olub. Lakin o, artıq gedib.
- Bundan sonra transferlər olacaq?
- Axtarışdayıq. Amma çox çətindir. Ayın sonuna qədər vaxtımız var. Bu barədə klubun prezidenti Zaur Axundovla da danışmışıq.
- Komandanızda 4 hücumçu var və onların hamısı bu gün meydanda oldu. Lakin heç biri qol vurmadı. Bunu faciə hesab etmək olar?
- Yoxlama matçlarında da onları görmüşük. Yaxşı olacaq. Qarşıdakı matçlarda öz oyunlarını tapacaqlar.
Klopp üzr istədi
Yurgen Kloppu Arne Slot əvəzləyə bilər
"Ola bilər ki, həvəssizlik olsun" - Qurban Qurbanov
"Qarabağ" - "Neftçi" oyunundakı 5 qol - Video
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
"Qəbələ"də 300-cü oyun
"Təəssüf ki, vəziyyətimiz çox üzücüdür" - Kaxaber Sxadadze
"Zirə"ni finala yüksəldən qələbə - Video
"Qarabağ" - "Neftçi": Heyətlər
Jiru ABŞ klubu ilə müqavilə imzaladı
“Qarabağ”ın direktorundan Zubirlə bağlı xəbərlərə münasibət
Region Liqasının final oyununun yeri və saatı bilindi
Haaland növbəti oyunu buraxacaq
"Çelsi" tarixinin antirekordu
“Qəbələ” - “Zirə”: Heyətlər
Şirkətlər Liqasında növbəti tur başa çatdı
Zubir Liqa 1 klubunun hədəfində
Kapitan 15 il sonra komandadan ayrılır
Bəlkə, "Bayer 04" adını dəyişib "Bayer 90+" qoysun...
"Sabah"ın oyununa bilet al, "İphone-15" qazan!