“Bakı” Azərbaycan kubokunun yeni qalibidir

“Bakı” Azərbaycan kubokunun yeni qalibidir
ÖLKƏ FUTBOLU 23 May 2010 / 22:25 4413
-  A +

Bu gün 18-ci ölkə kubokunun yeni sahibi müəyyənləşdi. Qol.Az-ın məlumatına görə, “Bakı” və “Xəzər Lənkəran” arasında Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan həlledici görüşlə həm də mövsümə yekun vuruldu.
20:00-da başlayan görüş hər iki tərəfin çoxsaylı qol epizodları yaxalamasına baxmayaraq, əsas vaxtda qalibini tapmadı. Amma əlavə olunan 30 dəqiqə ərzində iki qol vuran “Bakı” kubokun yeni qalibinə çevrildi. Bununla da son bir həftə içində "Xəzər Lənkəran"a ikinci zərbəni vuran paytaxt klubu həm də Avropa Liqasında mübarizəyə ikinci mərhələdən başlayacağını rəsmiləşdirdi. Final görüşünün saytımızda verilən onlayn nəticəsi ilə də aşağıda tanış ola bilərsiz.

Ölkə kuboku
Final

Saat 20:00. “Bakı” - “Xəzər-Lənkəran” 2:1


“Bakı”: Marko Şarliya, Srevan Bates, Ernad Skuliç, Adnan Bərəkət, Elvin Əliyev (k), Cəmşid Məhərrəmov, Fabio Luis Ramim, Bəxtiyar Soltanov, Aleksey Savinov, Aleksandr Soliç, Jaba.
Ehtiyat oyunçular: Xalidu Sissoko, Rafael Əmirbəyov, Mahmud Qurbanov, Vyaçeslav Sofroni, Venio Moraes, Əziz Quliyev, Saşa Yunisoğlu.
Klub rəhbəri: Cüneyt Biçər.

“Xəzər Lənkəran”:  Kamran Ağayev (k), Elvin Beqiri, Dieqo Souza, Ruslan Poladov, Allan Lalin, Rahid Əmirquliyev, Emeka Opara, Radomir Todorov, Kristian Kabral, Devran Ayhan, İvan Pexa.
Ehtiyat oyunçular: Dmitri Kramarenko, Tixon Şişov, İvan Svetkov, Ceyhun Sultanov, Alim Qurbanov, Denis Kalinkov, Mario Souza.
Baş məşqçi: Ağasəlim Mircavadov.

Baş hakim: Elçin Məmmədov.
Hakim-inspektor: Xaqani Məmmədov.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

 

* Mərkəzi arenada kubokun final görüşünə böyük maraq var. Əksər sektorlar demək olar ki, tam dolub. Stadionda möhtəşəm ab-hava var.

* Final görüşünü izləyənlər arasında millimizin baş məşqçisi Berti Foqts, onun qızlardan ibarət yığmamızdakı həmkarı və həmyerlisi Silviya Rayt da var.

* Komandalar artıq meydandadı və bir neçə dəqiqədən sonra həlledici görüşün start fiti səslənəcək. Görüşün baş hakimi Elçin Məmmədovdur.

Oyun başladı

2. Jabanın təhlükəli cərimə zərbəsini Kamran Ağayev son anda kornerə çıxardı

6. İlk dəqiqələrdə "Bakı" daha fəal görünür. Ramimin baş zərbəsi qapının üstündən keçdi

12. "Xəzər Lənkəran" nisbətən oyunda tarazlıq yaratmağı bacarır

14. Jaba sarı vərəqəylə cəzalandırıldı

Oyun qarşılıqlı hücumlar şəraitində keçsə də, qapılar qarşısında real təhlükə yaranmır

30. Kabralın uzaqdan vurduğu təhlükəli zərbəni Şarliya zərərsizləşdirdi

36. Jabanın növbəti təhlükəli cərimə zərbəsi qapının azca üstündən keçdi

44. Ramimin uzaqdan təhlükəli zərbəsi üstdən keçdi

İlk yarı qolsuz heç-heçə ilə başa çatdı

Matçı ən azı 25 min azarkeş izləyir

İkinci hissə başladı

46. Beqiri hesabı açmağa yaxın olsa da, əlverişli fürsəti qaçırdı

53. Soliçin zərbəsi qapının azca yanından keçdi

54. Opara da uzaqdan zərbəylə hesabı açmağa cəhd göstərir. Amma dəqiq oynamır

57. Jaba həmyerlisi Ramimi gözəl zərbə mövqeyinə çıxarsa da, sonuncunun başla qapıya göndərdiyi topu Kamra tutdu.

62. Allan Lalinin əvəzində meydana Denis Kalinkov çıxdı

65. "Bakı"nın heyətində isə Adnan Bərəkətin əvəzində meydana Vyaçeslav Sofroni çıxdı

69. Oparanın əlverişli vəziyyətdə hesabı açmasına son anda Şarliya mane oldu

70. Bəxtiyar cənubluları əks-hücumda yaxalasa da, son anda həlledici zərbəni vurmasına müdafiəçilər mane oldu

76. Künc nöqtəsindən göndərilən topa Beqirinin vurduğu baş zərbəsi təhlükəli olsa da, yan keçdi

79. "Xəzər Lənkəran", azarkeşlərinin də dəstəyi altında fəaallığl artırsa da, hesabı açmağa nail ola bilmir

81. Matçda gərginlik yaranır. Opara ilə Ramim arasında münaqişəyə digər oyunçular da qoşulur. Hakim hər iki futbolçuya sarı vərəqə göstərdi.

82. Ramimin əvəzində meydana Venio daxil oldu. "Xəzər Lənkəran"da isə Kabralı Mario Souza əvəzlədi.

Final görüşündəki qol susqunluğu pozulmaq bilmir. Bu gedişlə oyun əlavə vaxtla davam etdiriləcək.

Oyunun əsas vaxtında tərəflər hesabı aça bilmədi. İndi hərəsi 15 dəqiqədən ibarət iki hissə, əlavə vaxt oynanılacaq.

Əlavə vaxtın birinci hissəsinə start verildi

95. Mərkəzi arenada maraqlı anlar yaşanmaqdadı. "Bakı"nın futbolçusu zədələndiyindən hakim oyunu dayandırdı. Oyunu davam etdirmək üçün Elçin Məmmədovun meydana atdığı mübahisəli topu Skuliç birbaşa qapıya göndərdi. Kamran çox qabağa çıxdığından topu ram edə bilmədi. Hakim hesabın açıldığını bildirdi.

Əslində Skuliç burda "fair-play" qaydalarına əməl etdi. Amma Kamranın səhvi qola səbəb oldu. Kubokun finalı fantastik bir qola şahidlik etdi

Oyunda fasilə yaranıb. Baş hakim "Bakı"nın ehtiyat oyunçular skamyasında oturan bəzi futbolçu və rəsmiləri ordan uzaqlaşdırdı. Qırmızı vərəqə alanlardan biri Saşa Yunisoğludu

101. Soliçdən möhtəşəm qol. Onun uzaq məsafədən vurduğu qüvvətli zərbə Kamran üçün qarşısıalınmaz olur - 2:0.

Komandasının ikinci qolundan sonra "Xəzər Lənkəran"ın fəxri prezidenti Mübariz Mənsimov, eləcə də onunla birgə olan Əziz Yıldırım və İhsan Kalkavan arenanı tərk etdi

Əlavə vaxtın ilk hissəsi başa çatdı

İkinci 15 dəqiqə başladı

Dieqo Souzanın əvəzində meydana Alim Qurbanov çıxdı

107. Bəxtiyar hesab arasındakı fərqi artıra bilərdi. Gəl ki, o, təkbətək çıxdığı Kamranla mübarizədən məğlub ayrıldı.

115. Soliçin əvəzində Mahmud Qurbanov meydana çıxdı

Mahmud meydana çıxan kimi hesabı aça bilərdi. Ancaq o, Bəxtiyarın ideal ötürməsini düzgün dəyərləndirə bilmədi

119. Beqiri cərimə zərbəsindən vurduğu qolla hesab arasındakı fərqi azaltdı - 2:1

Matç başa çatdı. Beləliklə “Bakı” Azərbaycan kubokunun yeni qalibidir

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı