"Bu, görmək istədiyim "Səbail" deyil" - Aftandil Hacıyev

"Bu, görmək istədiyim "Səbail" deyil" - Aftandil Hacıyev
GÜNDƏM 12 Avqust 2018 / 22:14 3439
-  A +

"Çətin oyun olacağı gözlənilirdi. Oyunumuzu matçdan-matça yaxşılaşdırmağa çalışacağıq. Yaxşı vəziyyətlərimiz də oldu. Ancaq əlbəttə, səhvlərimiz də var və onları təhlil edəcəyik".

Qol.az-ın "sportnet.az"a istinadən yaydığı xəbərə görə, bunu "Səbail"in baş məşqçisi Aftandil Hacıyev səfərdə "Qəbələ"yə 0:3 hesabı ilə uduzduqları Topaz Premyer Liqasının ilk tur matçından sonra keçirilən mətbuat konfransında deyib. Hacıyev daha sonra jurnalistlərin suallarını cavablandırıb..

- İstədiyiniz komandanın neçə faizini gördünüz?

- Son 2 həftədir komandanı formalaşdırmışıq. İlk matçımız "Sabah"la yoldaşlıq görüşü idi. Bu, ikinci oyunumuz idi. Əlbəttə, bu, görmək istədiyim "Səbail" deyil. Daha yaxşı komandanı görəcəyinizə söz verirəm.

- Bu çempionatda hansı yerə ümid edirsiniz?

- İndidən bir söz demək çətindir. Komandalar güclənib. Proqnoz verməyi xoşlamıram.

- Komandanı meydana kapitan kimi çıxaran Rahid Əmirquliyev dövlət himnini oxumaması ilə yenə diqqət mərkəzinə düşdü. Bir baş məşqçi kimi bunu necə qarşılayırsınız?

- Rahidin himnimizi oxuyub-oxumadığını deyə bilmərəm. Bunu özündən soruşsanız, yaxşıdır. Əmirquliyev nümunə göstərdiyimiz futbolçulardandır. O, xasiyyətinə, davranışına görə həmişə örnək olub. Düşünümürəm ki, hörmətsizlik etsin.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı