Millimizin üzvü oynadı, komandası liderliyini qorudu

Millimizin üzvü oynadı, komandası liderliyini qorudu
GÜNDƏM 12 Avqust 2018 / 20:08 4034
-  A +

Ukrayna Premyer Liqasında 4-cü turun oyunları davam edir.

Qol.az-ın məlumatına görə, milli komandamızın müdafiəçisi Pavel Paşayevin formasını geyindiyi “Aleksandriya” klubu doğma meydanda Kiyev “Arsenal”ını qəbul edib. Görüş həmyerlimizin komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb. Start heyətində meydana çıxan P. Paşayev 90 dəqiqəni əvəzlənmədən keçirib.

Qeyd edək ki, 4 turdan sonra maksimum nəticə göstərən "Aleksandriya" 12 xalla turnir cədvəlinə başçılıq edir.

Daha çox


Son xəbərlər