“Standard” Böyükağa Hacıyevlə yollarını rəsmən ayırdı

“Standard” Böyükağa Hacıyevlə yollarını rəsmən ayırdı
XƏBƏR 23 May 2010 / 13:10 1998
-  A +

Son mövsümdə uğursuz çıxış etməklə elitadakı yerini qoruya bilməyən “Standard” baş məşqçisi Böyükağa Hacıyevlə yollarını ayırıb. Qol.Az-ın məlumatına görə, birinci diviziona düşməsi rəsmiləşən Sumqayıt təmsilçisinin rəhbərliyi Hacıyevlə müqavilənin müddətini artırmamağı qərara alıb.
Qeyd edək ki, Böyükağa Hacıyev çempionatın 8-ci turunda "Standard"ın baş məşqçisi postunda litvalı Valdas İvanauskası əvəzləmişdi. Lakin iddialı gəlməsinə baxmayaraq, Hacıyevin komandası çempionatı 11-ci pillədə başa vurdu.

 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın