Berti Foqts Araz Abdullayevi Avstriyaya aparmadı

Berti Foqts Araz Abdullayevi Avstriyaya aparmadı
XƏBƏR 23 May 2010 / 13:05 2107
-  A +

“Neftçi”nin gənc yarımmüdafiəçisi Araz Abdullayev millimizin heyətindən kənarlaşdırılıb. Qol.Az-ın AFFA-nın rəsmi internet saytına istinadən məlumatına görə, milli üzvü əsas komandamızın mayın 23-dən iyunun 3-dək Avstriyada keçiriləcək təlim-məşq toplanışında iştirak etməyəcək. Lakin Berti Foqtsun onu konkret nəyə görə heyətdən çıxardığı haqda məlumat verilmir. Güman ki, gənc orta sahə oyunçusunun hazırlıq səviyyəsi baş məşqçini razı salmadığı üçün belə qərar qəbul edib.
Qeyd edək ki, Berti Foqtsun rəhbərliyi altında Avstriyada hazırlıq keçəcək millimiz mayın 26-da Moldova, bundan 3 gün sonra Makedoniya, iyunun 2-də isə Honduras yığması ilə yoldaşlıq oyununda qüvvəsini sınayacaq.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi