Anar Məmmədov: "Səviyyəli futbolçuları transfer etmək niyyətindəyik"

Anar Məmmədov: "Səviyyəli futbolçuları transfer etmək niyyətindəyik"
XƏBƏR 23 May 2010 / 00:12 2599
-  A +

Final oyunu ərəfəsində “Bakı Futbol Klubunun prezidenti Hafiz Məmmədov və fəxri prezidenti Anar Məmmədov klub bazasında futbolçularla görüşüblər. Qol.Az-ın klubun rəsmi internet saytına istinadən verdiyi məlumata görə, görüşdən sonra Anar Məmmədov  “Bakı” futbol klubunun rəsmi internet saytına müsahibə verib.

- Anar müəllim, mövsümü “Bakı” Futbol Klubu üçün uğurlu saymaq olarmı?

- Mən mövsümü çox uğurlu sayıram. Bu adi sözlər deyil. Təcrübədə də gördük ki, “Bakı” Unibank Premyer Liqasını gümüş medallarla başa vurdu. Bu, uğurlu nəticədir.

- Hətta sabahkı oyunun nəticəsindən asılı olmayaraq?

- Bəli, sabah keçiriləcək kubokun final oyununun nəticəsindən asılı olmayaraq.

- “Bakı” klubu bu gün 5 futbolçu ilə müqaviləni uzatdı. Stevan Bateslə də razılıq əldə olunub. Bəs transfer çalışmaları nə yerdədir. Konkret siyahı varmı?

- Konkret siyahımız yoxdu. Amma elə düşünməyin ki, əlimizi yanımıza salacağıq. Əksinə növbəti mövsümdə daha yaxşı çıxış etmək, ən əsası Azərbaycanı Avroliqada uğurla təmsil etmək üçün “Bakı”ya xeyir vermək iqtidarında olan səviyyəli futbolçuları transfer etmək niyyətindəyik.

- Yeri gəlmişkən, bu il komandanın qarşısında Avroliqada hansı vəzifələr qoyulub?

“Bakı” həmişə iddialı klub olub. İstər ölkədə, istərsə də, Azərbaycandan kənarda. İstəyirik ki, builki çıxışımız ötənilki ilə müqayisədə daha yaddaqalan olsun. Klub rəhbərliyi, futbolçular, hamımız əliizdən gələni edəcəyik ki, bunun öhdəsindən gələ bilək.


Son xəbərlər