Abdulbari Gözəl “Qarabağ”ı ziyarət etdi - Şəkillər

Abdulbari Gözəl “Qarabağ”ı ziyarət etdi  -  Şəkillər
ÖLKƏ FUTBOLU 11 Avqust 2018 / 18:33 7013
-  A +

"Qarabağ” sabah Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab matçında qarşılaşacağı BATE-ylə oyun üçün Belarusa yollanacaq.

Qol.az-ın Ağdam təmsilçisinin saytına istinadən yaydığı xəbərə görə, vacib oyunöncəsi klub prezidenti Abdulbari Gözəl bu gün komandanı ziyarət edib.

Son məşq öncəsi bazaya  gələn  klub rəhbəri ilk olaraq baş məşqçi Qurban Qurbanovla görüşüb. Komandanın son qarşılaşması, ümumiyyətlə cari mövsüm avrokubok perspektivləri haqqında danışılıb. Daha sonra A.Gözəl komanda ilə görüşüb. Çıxışında BATE ilə sonuncu qarşılaşmaya toxunan klub prezidenti məğlubiyyətə baxmayaraq komandaya inandığını, xüsusilə 2-ci hissədə "Qarabağ"ın oyunundan məmnun qaldığını bildirib.

Komandanın uzun illər Qurban Qurbanovun rəhbərliyi altında sabit çıxış etdiyini bildirən klub rəhbəri "Qarabağ"ın artıq Avropada və dünyada tanınan bir klub olduğunu bildirib. Nəinki futbolda, həyatda düzgün strategiyanın vacibliyini vurğulayaraq "Qarabağ"ın uğurlarını sabitlik, dürüstlük və ədalət prinsipləri üzərində qurulduğunu qeyd edib. Baş məşqçiyə, komandaya inamını nümayiş etdirən A.Gözəl Belarusda komandanın müvəfəqiyyət qazanacağına inandığını vurğulayıb. Sonda Abdulbari Gözəl komandaya uğurlar arzulayıb.












Səhifənin yuxarısına keçidYuxarı

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord