Hafiz Məmmədov: "Sizdən yalnız qələbə gözləyirəm"

Hafiz Məmmədov: "Sizdən yalnız qələbə gözləyirəm"
XƏBƏR 22 May 2010 / 23:54 1905
-  A +

Azərbaycan kubokunun final oyunu öncəsi “Bakı” klubunun prezidenti Hafiz Məmmədov və fəxri-prezident Anar Məmmədov, futbolçularla görüşüblər. Qol.Az-ın klubun rəsmi internet saytına istinadən verdiyi məlumata görə, görüşdə məşqçi, futbolçu və texniki heyətlə yanaşı idarə heyətinin üzvləri - vitse-prezidentlər Zeynal Məmmədov, Tunc Afşar və Yaşar Seyidov da iştirak ediblər. İlk olaraq söz alan Hafiz Məmmədov ölkə çempionatının son turunda səfərdə “Xəzər Lənkəran” üzərində qazanılan qələbədən böyük məmnunluq duyduğunu bildirib: "Komandamız əsl xarakter nümayiş etdirdi. Çempionluğun taleyini həll edən bir oyunda "Bakı"nın göstərdiyi oyun alqışlara layiq görüldü, hamınıza təşəkkür edirəm, Azərbaycan futbolunun imici adına irəli bir addım atdıq. Siz sübut etdiniz ki, milli çempionatımız ədalətli oyun və təmiz rəqabət baxımından dünyanın heç bir liqasından geri qalmır". Sabahkı final matçında da komandadan qələbə gözlədiyini bildirən H.Məmmədov futbolçulara uğurlar arzulayıb.

Son turda qazanılan pricsipial qələbə münasibətilə komanda üzvlərini təbrik edən fəxri-prezident Anar Məmmədov bu qələbənin böyük əhəmiyyət daşıdığını bildirib.  Anar Məmmədov sabahkı oyunda da “Bakı”nın uğuruna inandığını qeyd edib. Futbolçuların hamısı klub rəhbərliyinə göstərdikləri etimada görə təşəkkürlərini bildirərək, onlara yaradılan yüksək səviyyəli şəraitin qarşılığı olaraq Azərbaycan kubokunu da ikinsi dəfə “Bakı” futbol klubunun muzeyinə gətirəcəklərinə söz verdilər
 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord