“Qəbələ”nin yarımmüdafiəçisi Asif Məmmədov Qol.az-a müsahibə verib. Topaz Premyer Liqada 2018-2019 mövsümün ilk turunda “Səbail”lə keçirəcəkləri oyundan danışan təcrübəli futbolçu komandasının hədəflərini açıqlayıb.
- Sabah Topaz Premyer Liqada yeni mövsümə start veriləcək. “Qəbələ” çempionata nə dərəcədə hazırdır?
- Bəli, artıq yeni mövsüm başlayır. Nə dərəcədə hazır olduğumuzu indidən demək mənasız olar. Bunu zaman göstərəcək. Amma ümumi götürsək, çempionata hazırıq.
- İlk turda doğma meydanda “Səbail”i qəbul edəcəksiniz. Bu oyunla bağlı nə düşünürsünüz?
- İlk oyunlar həmişə çətin olur. Hər iki komandada yeni transferlər var. Bu baxımdan da ağır oyun olacaq. Ancaq doğma azarkeşlərimiz önündə qələbə qazanmaq istəyirik. Hər matça olduğu kimi, buna da 3 xal üçün çıxacağıq.
- Ötən mövsümün sonunda bəzi aparıcı futbolçular komandadan ayrıldı. Klubun PFL-ə göndərdiyi iştirak ərizəsində gənc futbolçuların çoxluğu diqqət çəkir. Sizcə, bütün bu amillər komandanın çıxışına necə təsir göstərəcək?
- Yenə deyirəm, bunu zaman göstərəcək. İndidən nəsə deməyə çətinlik çəkirəm. Bu, gənclər üçün də yaxşı şansdır. Özlərini yaxşı tərəfdən göstərməlidirlər. Heyətimiz pis deyil. Çempionat üçün normal komandamız var. Bu oyunçularla nəsə etməyə çalışacağıq.
- Bu mövsüm üçün başlıca hədəfiniz nə olacaq?
- Əsas hədəfimiz odur ki, hər oyuna qələbə qazanmaq üçün çıxaq. Başqa məqsədimiz yoxdur. Mövsümün sonunda hansı yeri tutacağımızı zaman göstərəcək. Əvvəldən nəsə demək gülünc çıxar. Əsas odur ki, oyunlara ciddi fikir verək. İndidən çempionluq və ya medallar haqda danışmaq mənasızdır. Biz hər oyuna ciddi hazırlaşıb çıxsaq, axırda nəticə özü gələcək.
- Rəhbərlik komandanın qarşısına heç bir vəzifə qoymayıb?
- Necə yəni, elə bir şey ola bilər ki? Rəhbərliyin bizdən tələbi odur ki, hər oyunda qələbə qazanaq. Biz də meydana buna görə çıxacağıq. “Qəbələ”nin hədəfini hamı bilir.
- Mövsümə yeni baş məşqçi ilə başlayacaqsınız. Sənan Qurbanov barədə hansı fikirdəsiniz? Gənc mütəxəssis komandaya uğur qazandırmaq iqtidarındadır?
- Sənan Qurbanov baş məşqçi kimi yenidir. Ancaq klubun öz içindən olan bir adamdır. Buna qədər “Qəbələ”də ikinci məşqçi idi. Komandaya yaxşı bələddir. Məncə, bizim üçün xeyirli olacaq. Gənc mütəxəssisdir, biz təcrübəli futbolçular olaraq, ona kömək etməliyik.
- “Qəbələ”nin əvəedici komandası divizionda iştirak etməyəcək. Necə düşünürsünüz, bunun əsas komandaya hansısa mənfi təsiri ola bilərmi?
- Məncə, bunun əsas komandaya heç bir mənfi təsiri olmayacaq. Bəlkə də oyun təcrübəsi baxımından özləri üçün çatışmazlıq olacaq. Amma əsas komanda ilə məşqlərdə iştirak edəcəklər.
Elnur SALAHOV
Noyerdən yeni rekord
Bundesliqanın ən yaşlı futbolçusu karyerasını başa vurur
"Roma"nın müdafiəçisi "Milan"a qarşı oynamayacaq
Kvaratsxeliya "Napoli"nin məşqini buraxdı
MOİK-ə 3 xal qazandıran qollar - Video
"Barselona"nın futbolçusu: "Çox peşmanam"
"Şamaxı"nın 6 qolu - Video
"Şamaxı" və MOİK-dən qələbə
“Paris-2024” Yay Olimpiya Oyunlarının startına 100 gün qalıb
ÇL-in oyunlarını göstərəcək kanallar
"İmişli"nin şikayəti qismən təmin olundu
"Real"dan zəng gələndə iki dəfə düşünmədim"
1-ci liqanın mərkəzi oyunu FİFA referisinə tapşırıldı
Gündoğan: "Hakim penalti verməli idi"
Romario karyerasını bərpa etdi
Futbolçu oyun zamanı infarkt keçirdi, dünyasını dəyişdi
Azərbaycan millisinin rəqibi 2 yoldaşlıq oyunu keçirəcək
Mbappe İbrahimoviç və Şevçenkoya çatdı
Luis Enrike: "Mbappe əvvəldən sona qədər əsl lider idi"
"Azərbaycanda rəqibləri topu "Qarabağ"dan ala bilmirlər"
"Daha deyəcək bir şey yoxdur" - Simeone
"Hakim hər şeyi məhv etdi" - Xavi
“Borussiya”dan möhtəşəm geridönüş, Simeone çökdü - Video
PSJ “Barselona”nı nokauta saldı - Video
ÇL-də ilk yarımfinalçılar müəyyənləşdi
"Milan" onunla müqaviləni uzatdı
Asiya Çempionlar Liqasının oyunu təxirə salındı