Mircavadov: «Bu, bizim sonuncu şansımızdır»

Mircavadov: «Bu, bizim sonuncu şansımızdır»
ÖLKƏ FUTBOLU 22 May 2010 / 19:11 2405
-  A +

«Bakı» klubundan sonra bu gün «Xəzər Lənkəran»ın baş məşqçisi də sabah keçiriləcək ölkə kubokunun final oyunu ilə bağlı mətbuat konfransı təşkil edib. Qol.Az-ın məlumatına görə, Lənkəran klubunun baş məşqçisi Ağasəlim Mircavadov ilk öncə «Bakı»ya ölkə çempionatındakı son məğlubiyyətin səbəbləri haqda danışıb: «Həmin oyunda uğursuzluğumuza səbəb futbolçularımızın aqressiv oynaması idi. Bununla belə, bu qarşılaşmada biz təmiz idman mübarizəsinin şahidi olduq. Ən başlıcası oyunun ətrafında gəzən söhbətlərə son qoyuldu. Gec də olsa, «Bakı»nı həmin qələbə münasibətilə təbrik edirəm».
Sabahkı qarşılaşmaya gəlincə, A.Mircavadov kuboka sahib çıxmaqla azarkeşlərin etimadını yenidən qazanmağa çalışacaqları deyib: «Bu qarşılaşma ərəfəsində yeganə problemimiz odur ki, futbolçularumızın psixoloji durumu yaxşı deyil, onlar hələ də sarsıntı içindədirlər. Bununla belə, hazırlığımızı davam etdiririk. Başa düşürük ki, bu, bizim sonuncu şansımızdır, ona görə də oyuna böyük önəm veririk».
A.Mircavadov bildirib ki, «Bakı» ilə  Lənkərandakı son oyunla müqayisədə heyətdə ciddi dəyişiklik olacaq.
Azarakeşlərin ona istefaya səsləməsilə bağlı suala isə Mircavadovun cavabı belə olub: «Mənim onlara böyük hörmətim var. Amma lazım olsa, özüm komandadan çıxıb gedərəm».

 

Foto: PFL-in mətbuat xidməti

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki