"Mançester Yunayted" və "Atletiko"nun futbolçuları "Fulhem"də

"Mançester Yunayted" və "Atletiko"nun futbolçuları "Fulhem"də
XƏBƏR 10 Avqust 2018 / 14:40 3922
-  A +

"Fulhem" İngiltərədə yay transfer pəncərəsinin bağlanmasına saatlar qalmış daha 3 futbolçunu heyətinə cəlb edib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, bunlar  "Sevilya"nın qapıçısı Serxio Riko,  "Mançester Yunayted"in müdafiəçisi Timoti Fosu-Mensa və "Atletiko"nun hücumçusu Lusiana Vyettodur.
Hər üç futbolçu "Fulhem"də icarə əsasında çıxış edəcək.

Qeyd edək ki, 4 illik fasilədən sonra yenidən Premyer Liqaya vəsiqə qazanan London təmsilçisi "Borussiya"dan Andre Şürleni də icarəyə götürüb.

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord