Sissoko Naxçıvanda istirahət edəcək

Sissoko Naxçıvanda istirahət edəcək
XƏBƏR 22 May 2010 / 17:16 1789
-  A +

“Azərbaycan kubokunun final matçından sonra Naxçıvana gedəcəyəm”. Bu sözləri “Bakı” futbol klubunun seneqallı qapıçısı Xalidu Sissoko deyib.

Azərbaycanca danışmağı bacaran Sissoko Naxçıvanda bir həftəyədək istirahət etmək istədiyini bildirib. O, əslən Naxçıvandan olan klub prezidenti Hafiz Məmmədov və onun qardaşı, vitse-prezident Zeynal Məmmədovun istəyilə Muxtar Respublikaya yollanacağını söyləyib.

Sissoko 2002-ci il dünya çempionatına Seneqal millisinin heyətində yollanan 3 qapıçıdan biri olub. Lakin o, həmin mundialda ehtiyatda qalıb. 32 yaşlı qapıçı son illər ümumiyyətlə, yığmaya dəvət almır. Sissoko bunun səbəbini belə izah edib: “Seneqal yığması gəncləşdirilib. Buna görə də bizi çağırmırlar”.

Mənbə: lent.az 


Son xəbərlər