Şeydayev Rusiya Premyer Liqası klubunda?

Şeydayev Rusiya Premyer Liqası klubunda?
ÖLKƏ FUTBOLU 10 Avqust 2018 / 09:48 8774
-  A +

"Trabzonspor"dan ayrılan millimizin futbolçusu Ramil Şeydayev yenidən Rusiyada oynaya bilər.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, 22 yaşlı hücumçunun Rusiya Premyer Liqası təmsilçisi "Krılya Sovetov"la danışıqlar apardığı iddia olunub.

Qeyd edək ki, R.Şeydayev bundan əvvəl  "Zenit-2"də  çıxış edib. O, 2016-cı ildə məhz Rusiya klubundan "Trabzonspor"a keçmişdi. Millimizin üzvü 2017-ci ilin yanvarında Slovakiya "Jilina"sına, ötən ilin yayında isə "Qarabağ"a icarəyə verilmişdi.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord