"Qarabağ"a qol vuran futbolçu ən yaxşı seçildi

"Qarabağ"a qol vuran futbolçu ən yaxşı seçildi
XƏBƏR 9 Avqust 2018 / 15:18 2637
-  A +

BATE-nin heyətində Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"la oyunun (1:0) ən yaxşı futbolçusu müəyyənləşib.

Qol.az-ın Belarus klubunun rəsmi saytına istinadən yaydığı xəbərə görə, azarkeşlər arasında keçirilən sorğunun nəticələrinə əsasən, Bakıdakı ilk qarşılaşmada yeganə qolun müəllifi olan Stanislav Draqun bütün komanda yoldaşlarını qabaqlayıb. Azarkeşlər belaruslu hücumçunun çıxışını 10 ballıq sistemdə 9,3 balla qiymətləndiriblər. İkinci yeri qapıçı Denis Şerbitski (9,2), üçüncü sıranı isə müdafiəçi Maksim Volodka tutub.

Qeyd edək ki, Draqun "Qarabağ"la matçın 36-cı dəqiqəsində fərqlənərək, səfər oyununda komandasına qələbə qazandırmışdı.


Son xəbərlər