"Mançester Siti" DÇ-2018-in ən gənc oyunçusunu aldı

"Mançester Siti" DÇ-2018-in ən gənc oyunçusunu aldı
XƏBƏR 9 Avqust 2018 / 12:47 4054
-  A +

"Mançester Siti" növbəti transferini həyata keçirib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, İngiltərə təmsilçisi Avstraliya millisinin yarımmüdafiəçisi Deniel Arzanini heyətinə cəlb edib. Ancaq "Mançester Siti"nin yaxın günlərdə 19 yaşlı oyunçunu icarəyə verəcəyi gözlənilir.

Qeyd edək ki, Arzani Avstraliya millisi ilə DÇ-2018-də üç matça çıxıb. O, turnirin ən gənc oyunçusu olub.

Xatırladaq ki, Arzani ötən mövsümü icarə əsasında "Melburn Siti"də keçirib.


Son xəbərlər