Tibo Kurtua “Real”da!

Tibo Kurtua “Real”da!
GÜNDƏM 9 Avqust 2018 / 00:18 5227
-  A +

Tibo Kurtua “Çelsi”dən ayrılıb.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, belçikalı qolkiper karyerasını “Real”da davam etdirəcək. 2 klub arasında aparılan danışıqlar müsbət yekunlaşıb.

Kurtua sabah tibbi müayinədən keçəcək və “Santyaqo Bernabeu”da “Real”ın futbolçusu kimi təqdim olunacaq. O, yeni klubu ilə 6 illik müqavilə imzalayacaq. Bu satışdan “Çelsi” 40 milyon avro qazanacaq.

Qeyd edək ki, Kurtua “Çelsi”yə 2011-ci ildə “Genk”dən transfer olunub. 3 il “Atletiko”da icarə əsasında çıxış edən belçikalı Lodon klubunda 2014/15 mövsümündə debüt edib.
 

Daha çox


Son xəbərlər
22.10.18  16:34

Kozakın yerinə Qapal