Kamran Ağayev: “İstədiyim vaxt “Xəzər Lənkəran”ı tərk edə bilərəm”

Kamran Ağayev: “İstədiyim vaxt “Xəzər Lənkəran”ı tərk edə bilərəm”
XƏBƏR 22 May 2010 / 13:15 2160
-  A +

“Mən “Xəzər Lənkəran”la müqaviləmi uzatsam da, komandanı istədiyim vaxt tərk edə bilərəm. Klubla belə bir razılığımız olub. Sadəcə, indi ailə vəziyyətimlə əlaqədar heç yerə gedə bilmirəm”. Bu fikirləri  “Xəzər Lənkəran” futbol klubu ilə müqaviləsini 2012-ci ilin mayınadək yeniləyən Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev deyib.

Ağayev bir sıra xarici klublardan təklif aldığını etiraf etsə də, atasını tək qoyub gedə bilmədiyini bildirib. 2008-ci ilin noyabrında anasını itirən gənc qapıçı atasına mənəvi dəstək olmaq üçün hələlik Azərbaycanda oynamağa üstünlük verir. O, ölkəmizdə çıxış etdiyi müddətdə 25 yaşınadək “Xəzər Lənkəran”da qalacağını açıqlayıb: “Mən Xəzər Lənkəran”da 25 nömrəli formada çıxış edirəm. Bu nömrəni 25 yaşımadək Lənkəran komandasında qalmaq istədiyim üçün seçmişəm. Hazırda 23 yaşım var. Ona görə də klubumla müqaviləmi daha 2 il uzatmışam”.

Mənbə: lent.az


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı