“Real” Modriçin maaşını artırmaq istəyir

“Real” Modriçin maaşını artırmaq istəyir
XƏBƏR 9 Avqust 2018 / 02:00 3930
-  A +

“Real” rəhbərliyi Luka Modriçlə vidalaşmaq fikrində deyil.

Qol.az-ın “Marca”ya istinadən yaydığı xəbərə görə, “Kral klubu” DÇ-2018-in ən yaxşı futbolçusunu heyətində saxlamaq üçün onun maaşını artırmaq istəyir.

Hazırda Modriçin Madrid klubundakı illik qazancı 8 milyon avrodur. Amma hələlik yeni məvaciblə bağlı konkret rəqəm açıqlanmayıb.

Qeyd edək ki, “İnter” Modriçi heyətində görmək istəyir. Futbolçunun Milan klubuna keçəcəyi ilə bağlı xəbərlərə reaksiya verməməsi “Real” rəhbərliyini narazı salıb.

Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı