"Trabzonspor"dan Şeydayevlə bağlı yekun qərar

"Trabzonspor"dan Şeydayevlə bağlı yekun qərar
ÖLKƏ FUTBOLU 8 Avqust 2018 / 20:07 9166
-  A +

"Trabzonspor" millimizin futbolçusu Ramil Şeydayevlə yolları ayırmağa qərar verib.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, 22 yaşlı oyunçunun təlim-məşq toplanışındakı çıxışı klubun baş məşqçi heyətini  qane etməyib. Bununla bağlı klub rəhbərliyinə məlumat verilib. Komandanın baş məşqçisi Ünal Karaman gənc hücumçunun ehtiyat oyunçular skamyasında oturmaq şansının belə olmadığını vurğulayıb.

Bundan sonra rəhbərlik R.Şeydayevin "Trabzonspor"dan alacaqları qarşılığında ona azad agent statusu verməyi təklif edb. Ancaq millimizin üzvünün bu təklifə müsbət cavab vermədiyi bildirilib.

Qaradəniz təmsilçisi ilə 2020-ci il mayın 30-na kimi müqaviləsi olan R.Şeydayevin gələcəyinin yaxın günlərdə müəyyənləşəcəyi gözlənilir.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın