Qol.Az
Canlı nəticələr
WAP
RSS Qol.Az Facebook-da

Ana səhifə
Bütün Xəbərlər
Müsahibə
Video
DÇ-2018
 
Tarixin şəkli
Turnir cədvəli
Premyer Liqa
Yazarlar
Layihə
Haqqımızda
Reklam
Əlaqə
Ramil Şeydayev Rusiya Premyer Liqasında debüt etdi

Yazarlar
 “Qarabağ” haqda...
Aydın BAĞIROV
 FİFA və UEFA-ya belə üzv olduq...
Şakir YAQUBOV
 Futbol, bazar, qovhaqov...
Səbuhi MƏMMƏDLİ
 Yoxa çıxan uşaqlar
İlqar Tağıyev
 Onlara futbol yox, yeni "qurban"lar lazımdır...
Tahir SÜLEYMANOV
Fotoreportaj
Bütün 
Mükafatlandırma mərasimindən şəkillər - DÇ-2018
Top 5
Klublarımızın yay transferləri - Yenilənir
“Qarabağ”ın pley-offdakı rəqibi müəyyənləşdi
Avroliqada pley-offçular bəlli oldu
"Qarabağ" qalib gəldi, "Keşlə" "Zirə" ilə heç-heçə etdi
Qriqorçuk "Astana"dan ayrıldı
Linklər
525ci Qəzet

"Qarabağ" niyə uduzdu? – Mütəxəssislərin rəyi
A A A

[08.08.2018]
"Qarabağ" niyə uduzdu? –<b style="color:red"> Mütəxəssislərin rəyi</b>

“Qarabağ” dünən Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində ilk oyununu keçirdi. Doğma azarkeşlər önündə BATE-ni qəbul edən Ağdam klubu rəqibinə minimal hesabla (0:1) uduzdu. Düzdür, qarşıda cavab oyunu olsa da, bu məğlubiyyət başda komandanın azarkeşləri olmaqla, bir çoxlarını məyus etdi. Çünki hamı Qurban Qurbanovun komandasından ən pis halda heç-heçə gözləyirdi. Biz də məğlubiyyətin səbəblərini şərh etmələri üçün mütəxəssislərlə əlaqə saxladıq.

Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov “Qarabağ”ın məğlubiyyətini hər hansı qorxu və ya arxayınlıqla əlaqələndirmədiyini bildirdi: “Məb buna inanmıram. Çünki komandamızda BATE ilə bağlı kifayət qədər informasiya var idi. Bilirdilər ki, 2-3 il əvvəlki ilə indiki komanda eyni səviyyədə deyil. Heyətdə 9 belaruslu futbolçu oynayırdı. Bu, ölkə futbolu üçün çox yaxşı haldır. Adətən bizim kimi ölkələr əcnəbi oyunçulara meylli olurlar. Onlar isə yerli uşaqlara şans verirlər. Onların yaxşı akademiyası var, baş məşqçi də bundan istifadə edir. Həm oyunçu yetişdirirlər, həm də görün, gəlib hara çıxırlar. Allah etməsin, BATE “Qarabağ”ı keçsə, Avroliqanın qrup mərhələsini təmin edəcəklər. Bu da onların futbolu üçün böyük uğurdur”.


Ağasəlim Mircavadov

“Qarabağ”ın qapısına vurulan qol epizodunda səhvə yol verən Rəşad Sadıqovun tənqid olunmasına da münasibət bildirən təcrübəli mütəxəssis futbolçuya bir səhvə görə qiymət verməyin düzgün olmadığını söyləyib: “Rəşad olmasın, hər hansı gənc futbolçu olsun. Oyunda heç kim səhvdən sığortalanmayıb. Bu da adi oyun epizodu idi. Belə hallar çox olur. Həmin səhvə görə demək olmaz ki, sən pis oynamısan. Bu, düzgün deyil. Hər bir oyunçuya hörmətlə yanaşmalıyıq, ona ürək-dirək verməliyik. Amma tərifləmək də olmaz. Bizim milləti tərifləyəndə qanadları çıxır, uçur. Bizə isə qanad yox, ağıl, güc, yaxşı ayaqlar lazımdır”.

A.Mircavadov hesab edir ki, “Qarabağ” səfərdə dünənki görüşün ikinci hissəsindəki kimi oynasa, BATE-ni keçə bilər: “Qarabağ” səfərdə də həmin oyunu sərgiləməlidir. Amma burda bir məsələ var. Standart vəziyyətlər zamanı daha diqqətli olmalıdır. Çünki BATE oyunun ikinci hissəsində cərimə zərbəsindən ötürmə zamanı 2-ci qolu vura bilərdi. Həmin epizodda top qapının üstündən keçdi. İndidən deyə bilərəm ki, onlar evdə də standart vəziyyətlərə bel bağlayacaqlar. “Qarabağ” qol vəziyyətləri üzərində işləməlidir. Düzdür, bunu 2-3 gün içində etmək elə də asan deyil. Amma ardıcıllıq olmalıdır. Çünki qol vəziyyətləri var, amma vura bilmirik. Bir də bu cür oyunlarda səhvlər baha başa gəlir. Səhv 2 cür olur: biri var rəqib səni buna məcbur edir, bir də var ki, özün səhvə yol verirsən. Bunlar da vacib şərtlərdir. BATE dünən “Qarabağ”a elə ciddi problem də yaratmadı. Ancaq özündən əvvəlki rəqiblərdən fərqli, meydanın mərkəzində mübarizə aparır, müdafiəçilərimizə pressinq edirdilər. Amma “Qarabağ” hələ heç nə itirməyib. Səfərdə öz oyunlarını aparsalar, BATE-ni keçə bilərlər. Ancaq yenə deyirəm, qol vəziyyətlərindən istifadə etməlidirlər. Bir də ki, sürətli oynamalıdırlar”.



“Sumqayıt”ın sabiq baş məşqçisi Samir Abasovun fikrincə isə BATE Bakıda qələbə qazanmağa layiq deyildi: “Deyim ki, BATE “Qarabağ”dan üstün, oyunu udmağa layiq idi, yox. Sadəcə, bir səhv, əks-hücumda yaxalanmaq və istifadə edilməyən qol epizodları məğlubiyyətə gətirib çıxardı. Oyundan əvvəl də, sonra da əminliklə deyə bilərik ki, BATE “Qarabağ”dan güclü deyildi. Matçdan sonra Qurban Qurbanovun, futbolçuların verdikləri müsahibələr, səsləndirdikləri fikirlər adamı sakitləşdirir. Görürsən ki, onlar da buna hazır idilər. Bu komanda ilə oynaya biləcəklərini bilirdilər. Qarşıda 2-ci oyun var. Uduzmağımıza baxmayaraq, hələ də şansımız qalır. Düzdür, uduzmuşuq, cavab matçı səfərdə olacaq. Məşqçilər bilirlər ki, rahat olmasa da, bu rəqiblə oynamaq, mərhələni keçmək olar. Amma onların da məqsədi Çempionlar Liqasında yaxşı nəticə qazanmaqdır. Heç öz çempionatlarına o qədər fikir vermirlər. Niyə belə oynadığımıza gəlincə, burda “Qarabağ”ı qınayası bir şey yoxdur. Xeyli yeni futbolçu var. Məşqçinin öz ideyası, oyun üslubu olur. “Qarabağ” illərdir bu cür oynayır. Bilirsiniz ki, hər futbolçu Azərbaycana gəlmək istəmir. Əslində haqlıdırlar, ağıllı adamın burda nə işi var. Gələnlər də gic deyillər. Zarafat edirəm, amma istədikləri oyunçuları gətirə bilmirlər. Bu isə onlardan asılı məsələ deyil. Pul verirlər, amma futbolçu məlum məsələlərə görə Azərbaycana gəlmək istəmir. Bunlar da Çempionlar Liqasında uğur qazanmaq üçün bacardıqları qədər yaxşı oyunçu gətirmək istəyirlər. Ya yeni gələnlər “Qarabağ”ın oyun üslubuna uyğunlaşmalıdırlar, ya da Qurban müəllim əlindəki oyunçulara uyğun yeni sistem qurmalıdır. Dərd burasıdır ki, hər ikisinə vaxt lazımdır. Avrokuboklarda isə sənin vaxt limitin yoxdur. Bir oyunda uduzdun, çıxırsan bayıra. Ona görə müəyyən çətinlik var idi. Belə bir təəssürat formalaşıb ki, “Qarabağ” əvvəlki kimi oynamır. Qardaş, bunlar qınanılası deyil. Əsas heyətdə 7-8 yeni futbolçu oynayır”.


Samir Abasov

S. Abasov da səfər oyunu öncəsi nikbin danışıb: “Oyundan əvvəl BATE-ni tanımırdıq. Hə, adını eşitmişdik. Amma indi adlar qalmayıb. Oyundan sonra isə görürsən ki, “Qarabağ” BATE-dən zəif deyil. Yəni, BATE “Atletiko”, Roma”, “Çelsi” deyil. Amma bu da o demək deyil ki, biz Belarus klubunu hökmən keçməliyik. Biz də BATE-dən 2-3 baş güclü komanda deyilik. Çünki onlar da elə-belə xəmirdən yoğrulmayıblar. “Qarabağ” BATE-ni keçmək üçün nə etməlidir? Mənim bu barədə nəsə deməyim etikadan kənara çıxacaq. Ən azından orada olan məşqçilər məndən qat-qat təcrübəlidirlər və öz işlərini məndən yaxşı bilirlər. Qurban Qurbanovun oyundan sonra dedikləri göstərir ki, o, özü də cavab matçına nikbin baxır. Bu isə bizi hardasa rahatlaşdırır. İnanırıq ki, “Qarabağ” BATE-ni keçə bilər. Amma bunu necə edəcəyini, inanın ki, mən deyə bilmərəm. Bilirəm ki, hazırda komandada çox əziyyətli bir dönəmdir. Bunu da yeni futbolçularla əlaqələndirərdim. Hələ ki, hərəsi öz oyununu oynayır”.

Elnur SALAHOV



8921 dəfə baxılıb   
   Facebook Twitter MySpace Google
 
 

 
ARXİV                       
 
19.08.2018  21:23 "Rəqibin təzyiqinə görə 5 müdafiəçi ilə oynadıq" - Bordin
19.08.2018  21:04 "Üzücü məğlubiyyət oldu" - Sənan Qurbanov
19.08.2018  15:15 "Şerif"in pley-offa yüksəlməyi çox şeydən xəbər verir" - Ozobiç
19.08.2018  11:49 "Hər şey Qurban Qurbanovdan asılıdır" – Rahid Əmirquliyev
19.08.2018  01:00 “Günah tək Rəşadda yox, bütün komandadadır” – Maksim Medvedev
18.08.2018  21:29 "Rəşadın nə gücü tükənib, nə də oyunu zəifləyib" - Qurban Qurbanov
18.08.2018  17:30 "Qarabağ" "Şerif"lə oyunlar üçün 22 futbolçu sifariş etdi - siyahı
18.08.2018  16:59 Premyer Liqamızın iki oyunu canlı yayımda
18.08.2018  15:17 "Şerif" – "Qarabağ": hakimlər açıqlandı
17.08.2018  20:08 Şeydayev rəsmən Rusiya Premyer Liqası klubunda
17.08.2018  15:36 Premyer Liqamızda ilk turun rəmzi komandası
17.08.2018  14:21 "Qarabağ"la oyunlar üçün 25 futbolçu - "Şerif"in heyəti
17.08.2018  11:02 "Qarabağ"ın "Şerif"lə oyunlarının saatı açıqlandı
17.08.2018  00:51 “Qarabağ”ın pley-offdakı rəqibi müəyyənləşdi
16.08.2018  18:02 "Şərhçi olmaq istəyən kəfəni əyninə keçirib gəlir"
16.08.2018  12:41 Rəşad futboldan getməlidirmi? - Mütəxəssislərin rəyi
16.08.2018  12:14 Millimiz neçəncidir? - FİFA reytinqi açıqlandı
15.08.2018  17:34 "Qarabağ"ın uğursuzluğunu Rəşadla bağlamaq ədalətsizlik olardı" – Şahin Diniyev
15.08.2018  13:18 "Premyer Liqada 8 komanda çox azdır" – Bahodir Nasimov
15.08.2018  09:42 Azərbaycanın mövqeyi dəyişdi - UEFA reytinqi
 
 
  19.08.18
23:02
  “55-ci dəqiqədən sonra “Neftçi”ni meydanda görmədim” – Təmkin Xəlilzadə
22:50
  "Neftçi" - "Qəbələ": geniş icmal - Video
22:21
  "Neftçi" və "Sumqayıt"dan qələbə
21:23
  "Rəqibin təzyiqinə görə 5 müdafiəçi ilə oynadıq" - Bordin
21:04
  "Üzücü məğlubiyyət oldu" - Sənan Qurbanov
20:47
  "Mançester Siti" 6 qolla qalib gəldi - Video
20:01
  "Sabah" - "Sumqayıt": heyətlər açıqlandı
19:50
  Millimizin üzvü Çexiyada növbəti qolunu vurdu
19:22
  Ramil Şeydayev Rusiya Premyer Liqasında debüt etdi
18:46
  Millimizin üzvü üçün 19 dəqiqə
18:00
  "Neftçi" - "Qəbələ": heyətlər açıqlandı
17:30
  İbrahimoviç 21 milyon ziyana düşdü
16:50
  Baptista futbola qayıtdı
16:20
  "İndi futbolu düşünəcək vəziyyətdə deyiləm" - Qriqorçuka nə olub?
15:47
  Türkiyə millisinin üzvü "Qalatasaray"da – rəsmi
15:15
  "Şerif"in pley-offa yüksəlməyi çox şeydən xəbər verir" - Ozobiç
14:38
  Ronaldo ilə toqquşmadan sonra burnu qırıldı – xəstəxanalıq oldu
14:12
  "Barselona" qələbə ilə başladı - Video
13:52
  Hazard qərarını verdi – gedir, yoxsa qalır?
13:19
  Nazarov 71 dəqiqə oynadı, komandası kubokla vidalaşdı
12:52
  Etopaz-da 82 canlı oyun
11:49
  "Hər şey Qurban Qurbanovdan asılıdır" – Rahid Əmirquliyev
11:02
  "Ronaldonun belə tez uyğunlaşmasına təəccübləndim" - Alleqri
10:36
  Messidən tarixi qol - 9 ildə 2-ci dəfə
01:25
  London derbisini "Çelsi" qazandı - Video
01:00
  “Günah tək Rəşadda yox, bütün komandadadır” – Maksim Medvedev
00:40
  Renat qələbə qolunu vurdu, meydandan qovuldu
00:20
  Klublarımızın yay transferləri - Yenilənir
00:10
  "Zirə" - "Keşlə" oyununda 4 qol - Video
00:01
  “Göylərdə uçmamalı, ayaqlarımızı yerə basmalıyıq” – Miçel
  18.08.18
23:00
  Millimizin üzvü "Dinamo"ya qarşı oynadı
22:23
  "Qarabağ" qalib gəldi, "Keşlə" "Zirə" ilə heç-heçə etdi
22:17
  Ronaldo "Yuventus"da rəsmi debüt etdi
21:45
  "Qarabağ"ın qələbəsi - Video
21:29
  "Rəşadın nə gücü tükənib, nə də oyunu zəifləyib" - Qurban Qurbanov
21:17
  "Bunu hər komanda edə bilmir" - Aftandil Hacıyev
20:05
  "Zirə" - "Keşlə": heyətlər
19:19
  Ronaldo start heyətdə
18:08
  "Səbail" - "Qarabağ": heyətlər
17:30
  "Qarabağ" "Şerif"lə oyunlar üçün 22 futbolçu sifariş etdi - siyahı
16:59
  Premyer Liqamızın iki oyunu canlı yayımda
16:19
  Ramil sabah Rusiya çempionatında debüt edə bilər
15:53
  "Real" seçim qarşısında: ya Rodriqo, ya da Dias
15:17
  "Şerif" – "Qarabağ": hakimlər açıqlandı
14:58
  "Səbail"in sabiq futbolçusu "Jilina"dan ayrıldı
14:13
  Ronaldo ilk turda oynayacaqmı? – Alleqri açıqladı
13:25
  PSJ Neymarı "Real"a satır?
12:49
  Litva millisinin üzvü "Keşlə"də - rəsmi
12:23
  "Bavariya" ən nifrət olunan klubdur - Almaniyada
11:46
  Bu gün A Seriyası başlayır
11:00
  "Axı niyə bu top qapıdan keçmədi?"
09:55
  Messi, Aquero və İquain milliyə çağırılmadı
01:01
  "Trabzonspor"dan ilk qələbə
00:29
  La Liqada yeni mövsüm başladı
00:01
  Məşhur futbolçu A seriyası klubunda
BÜTÜN XƏBƏRLƏR
© 2008-2018 Qol.Az - Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Yerləşdirilən reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.
  Proqramlaşdırma: Elshad100.
Livescore