"Spartak" uduzdu, "Zalsburq" qalib gəldi, Qlazqoda heç-heçə

"Spartak" uduzdu, "Zalsburq" qalib gəldi, Qlazqoda heç-heçə
DÜNYA FUTBOLU 9 Avqust 2018 / 00:42 10808
-  A +

Bu gün Çempionlar Liqasında üçüncü təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub.

Qol.az-ın məlumatına görə, ikinci oyun günündə daha 3 matç keçirilib. 

Moskva “Spartak”ı səfərdə PAOK-un qonağı olub. Artıq 17-ci dəqiqədə rəqib qapısından 2 top keçirməsinə naxmayaraq, ruslar meydandan məğlub ayrılıblar - 2:3.

Yunanıstanın ÇL-dəki digər təmsilçisi AEK səfərdə “Seltik”lə üz-üzə gəlib. 57-ci dəqiqədən azlıqda qalmasına baxmayaraq, AEK çətin səfərdən sərfəli nəticə ilə qayıdıb - 1:1.

Çoxlarının gözləmədiyi halda üçüncü mərhələyə kimi irəliləyən “Şkendiya” isə Avstriyada “Zalsburq”un qonağı olub. Lakin Makedoniya çempionunun növbəti sensasiyaya gücü çatmayıb.

8 avqust

Çempionlar Liqası

3-cü təsnifat mərhələsinin ilk oyunları

PAOK (Yunanıstan) - “Spartak” (Moskva, Rusiya) 3:2
Qollar:
Popov, 7 (0:1), Promes, 17 (0:2), Prijoviç, 29-pen (1:2), Limnios, 37 (2:2), Pelkas, 44 (3:2)

“Zalsburq” (Avstriya) - “Şkendiya (Makedoniya) 3:0
Qollar:
Dabbur, 16-pen; 45+3, Samassekou, 81

“Seltik” (Şotlandiya) - AEK (Yunanıstan) 1:1
Qollar:
MkQreqor, 17 (1:0), Klonaridis, 44 (1:1)

7 avqust
 
"Astana” (Qazaxıstan) - "Dinamo” (Zaqreb, Xorvatiya) 0:2

"Qarabağ" (Azərbaycan) - BATE (Belarus) 0:1

"Malmö" (İsveç) - "Videoton" (Macarıstan) 1:1

"Slaviya" (Praqa, Çexiya) - "Dinamo" (Kiyev, Ukrayna) 1:1

"Standard" (Belçika) - "Ayaks" (Hollandiya) 2:2

“Srvena Zvezda" (Serbiya) - "Spartak" (Trnava, Slovakiya) 1:1

"Benfika" (Portuqaliya) - "Fənərbağça" (Türkiyə) 1:0


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı