“Xəzər Lənkəran” Vurğun Hüseynovla münasibətlərini rəsmiləşdirdi

“Xəzər Lənkəran” Vurğun Hüseynovla münasibətlərini rəsmiləşdirdi
XƏBƏR 21 May 2010 / 19:50 2431
-  A +

Bu gün “Xəzər Lənkəran” milli komandamızın müdafiəçisi Vurğun Hüseynovla iki illik müqavilə imzalayıb. Qol.Az-ın cənub təmsilçisinin rəsmi internet saytına istinadən məlumatına görə, almaniyalı mütəxəssis Berti Foqtsun etimadını qazanaraq milli komandanın heyətinə cəlb edilən 22 yaşlı futbolçu “Xəzər Lənkəran”a azad agent statusu ilə keçib. Əvvəllər Tovuz “Turan”ının şərəfini qorumuş Vurğun son mövsümü “Qəbələ”nin heyətində keçirib və kifayət qədər inamlı təsir bağışlayıb. İddialı klubların diqqət mərkəzində olan müdafiəçi “Xəzər Lənkəran”ın ağ-yaşıl rənglərinə üstünlük verib.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord