«Moskva»dan «yox» cavabı alan «Neftçi» almanlarla qarşılaşacaq

XƏBƏR 19 Yanvar 2009 / 13:57 2785
-  A +

Bakının «Neftçi» klubunun yanvarın 20-də «Moskva» klubu ilə nəzərdə tutulan yoxlama görüşü baş tutmayacaq. Qol.Az-ın məlumatına görə, milli matəm günü ilə əlaqədar «Neftçi» bu oyunu bir gün gec - yanvarın 21-də keçirmək xahişi ilə «Moskva» rəhbərliyinə müraciət etsə də, qarşı tərəf bunula razılaşmayıb. Bununla belə, «Neftçi»nin rəqib axtarışları uzun sürməyib. Yanvarın 21-də Bakı klubu Almaniyanın ikinci bundesliqasında çıxış edən «Kikkers Offenbax» komandasıyla qarşılaşacaq.


Son xəbərlər