"Hesabı açmağımız işə yaradı" - BATE-nin baş məşqçisi

"Hesabı açmağımız işə yaradı" - <b style="color:red"> BATE-nin baş məşqçisi</b>
ÖLKƏ FUTBOLU 7 Avqust 2018 / 23:24 5292
-  A +

"Biz hesabı açandan sonra  "Qarabağ” hücuma atıldı. Bu da bizim işimizə yaradı”.

Qol.az-ın məlumatına görə, bu sözləri BATE-nin baş məşqçisi Aleksey Baqa Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin "Qarabağ”la ilk oyunundan (1:0) sonra keçirilən mətbuat konfransında deyib.

- Yekun nəticə komandaların gücünün göstəricisidir?

- Demək çətindir. Hesabı açdıqdan sonra rəqib meydan sahibi kimi təzyiqi artırdı. Biz isə 2-ci qolu vurmaq istəyirdik. Oyunda hesabı açmağımız həlledici oldu.

- Karyeranız ərzində səfərdə qalib gəlib, mərhələ keçmədiyiniz olub?

- Xatırlamıram. Ümid edirəm ki, bundan sonra olmayacaq. Qarşıda hələ bir həftə var. Bizim üçün çətin olacaq. Komanda fiziki cəhətdən gərgin həftə keçirdi.
 
- Bu gün analiz nəticəsində təxmin etdiyiniz "Qarabağ”ı gördünüz?

- Komandanın ötən mövsüm Çempionlar Liqasının təsnifat və qrup mərhələsindəki oyunlarını, eləcə də yoxlama matçlarını izləmişdik. "Qarabağ” yüksək texnikaya malik oyunçulardan qurulmuş bir komandadır. Bu gün təxmin etdiyimiz komandanı gördük.
 
- Oyunu PSV nümayəndələri də izləyirdi...

- PSV nümayəndələrinin bu oyunda olması heç bir önəm daşımır. Çünki hələ Belarusda cavab matçı var. Onların bura gəlməsi "Qarabağ” və PSV-yə nə dərəcədə önəm verdiklərini göstərir.

 

Daha çox


Son xəbərlər
22.10.18  16:34

Kozakın yerinə Qapal