Arif Əsədov və Elnur Əşrəfoğlu Avstriyaya gedir

Arif Əsədov və Elnur Əşrəfoğlu Avstriyaya gedir
XƏBƏR 21 May 2010 / 19:07 2742
-  A +

Azərbaycan milli komandası mayın 23-dən iyunun 2-dək Avstriyada təlim-məşq toplanışı keçəcək və 3 yoldaşlıq görüşündə qüvvəsini sınayacaq. Qol.Az-ın məlumatına görə, yığmamızın yoxlama oyunlarını izləmək, "Neftçi"nin üzvlərini diqqət mərkəzində saxlamaq məqsədilə flaqmanın baş məşqçisi Arif Əsədov mayın 25-də Avstriyaya yollanacaq. Həmçinin, "Neftçi"nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Elnur Əşrəfoğlu da Əsədovla birgə bu qarşılaşmalara baxacaq. Paytaxt klubunun mətbuat xidmətindən verilən məlumata görə, Əşrəfoğlu öncə flaqmanın 17 yaşlıları ilə İtaliyada baş tutacaq "Ciociaria World Cup-4" turnirinə gedəcək, mayın 26-da isə Romadan Avstriyaya yollanacaq. "Neftçi"nin nümayəndələri milli komandamızla yanaşı, onların rəqiblərinin, eləcə də həmin vaxt Avstriyada yoxlama oyunları keçirəcək dünya çempionatı iştirakçılarının da görüşlərini izləyəcək.
Xatırladaq ki, yığmanın heyətində "Neftçi"nin 6 oyunçusu - Rail Məlikov, Ruslan Abışov, Cavid Hüseynov, Araz Abdullayev, Ruslan Əmircanov və Amit Quluzadə yer alıb.


Son xəbərlər