"Həm "Qarabağ", həm də BATE PSV üçün böyük təhlükədir"

"Həm "Qarabağ", həm də BATE PSV üçün böyük təhlükədir"
GÜNDƏM 7 Avqust 2018 / 13:25 5544
-  A +

PSV-nin sabiq baş məşqçisi Aadrian de Moz Hollandiya klubunun Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki potensial rəqiblərini dəyərləndirib.

Qol.az-ın holland mətbuatına istinadən yaydığı xəbərə görə, 1993-1994 mövsümündə Eyndhoven təmsilçisini çalışdırmış 71 yaşlı mütəxəssis hər iki komandanı PSV üçün ciddi təhlükə adlandırıb:

"Bu komandaların adlarının futbol azarkeşlərinə o qədər tanış olmaması əslində PSV üçün böyük təhlükədir. Komandanın baş məşqçisi Mark van Bommel dərhal bu barədə futbolçularına xəbərdarlıq etməlidir. Çempionlar Liqassı nəhəng maraqların böyük yarışıdır. Ona görə də burada rəqiblərin adları yox, son illərdə qazandıqları nəticələr rol oynayır".

A. de Moz "Qarabağ"ı yaxşı tanımasa da, ötən il Çempionlar Liqasında qazandığı nəticələrdən xəbərdardır: "Məsələn, mən "Qarabağ" və BATE-ni yaxşı tanımıram. Ancaq onların beynəlxalq arenadakı nəticələri çox şeydən xəbər verir. "Qarabağ" ötən mövsüm Çempionlar Liqasının qrup mərhələsində həm evdə, həm də səfərdə "Atletiko"dan xal alıb. BATE isə Çempionlar Liqasında böyük təcrübəyə sahibdir".

Qeyd edək ki, "Qarabağ" - BATE cütünün qalibi Çempionlar Liqasının pley-of mərhələsində son Hollandiya çempionu PSV ilə qarşılaşacaq.

Daha çox


Son xəbərlər