Mourinyonun “Real”la müqaviləsinin şərtləri açıqlandı

Mourinyonun “Real”la müqaviləsinin şərtləri açıqlandı
DÜNYA FUTBOLU 21 May 2010 / 17:56 2688
-  A +

Portuqaliyalı baş məşqçi Joze Mourinyo İtaliya “İnter”ini İspaniyanın “Real” klubuna dəyişməyə razılıq verib. İspaniyanın məşhur “Marca” qəzetinin verdiyi məlumata görə, artıq Mourinyo “kral klubu” ilə müqavilə şərtlərini də razılaşdırıb. 47 yaşlı mütəxəssis 3 illik müqavilə bağlayacaq. Onun illik əmək haqqı 10 milyon avro təşkil edəcək. Eyni zamanda, “İnter” rəhbərliyi də Mourinyoya ildə 12 milyon avro olmaqla, 3 illik müqavilə təklif edib. Əgər baş məşqçi həqiqətən də “Real”a keçsə, mayın 22-də “Bavariya” və “İnter” arasında reallaşacaq Çempionlar Liqasının finalı onun İtaliya çempionunun baş məşqçisi kimi sonuncu oyunu olacaq.
Qeyd edək ki, Joze Mourinyo “İnter”ə 2008-ci ilin yayında baş məşqçi təyin olunub. O, ilk ilində komanda ilə İtaliya çempionluğunu, cari mövsümdə isə çempionluqdan əlavə, ölkə kubokunu əldə edib və komandanı Çempionlar Liqasının finalına çıxarıb. Bunadək Mourinyo İngiltərənin “Çelsi”, Portuqaliyanın “Portu” və “Leyriya” komandalarının sükanı arxasında olub.
“Real”a isə mövsümün əvvəlində Çilidən olan mütəxəssis Manuel Pelleqrini baş məşqçi təyin olunub. Pelleqrininin rəhbərliyi altında “kral klubu” heç bir titul qazana bilməyib. Komandanın ən yaxşı nəticəsi İspaniya çempionatında ikinci yer olub.

LENT.AZ


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı