"Astana" evdə, "Fənərbaxça" səfərdə uduzdu

"Astana" evdə, "Fənərbaxça" səfərdə uduzdu
DÜNYA FUTBOLU 8 Avqust 2018 / 00:51 14551
-  A +

Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə start verilib.

Qol.az-ın xəbərinə görə, ilk oyun günündə “Qarabağ”ın matçı ilə birgə 7 qarşılaşma keçirilib.

Millimizin üzvü  Riçard Almeydanın çıxış etdiyi Qazaxıstanın "Astana” komandası öz meydanında Xorvatiyanın "Dinamo” klubunu qəbul edib. Matç xorvatların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Türkiyə təmsilçisi "Fənərbağça” isə səfərdə Portuqaliyanın "Benfika” klubu ilə üz-üzə gəlib. Görüşün taleyini "Benfika"nın vurduğu 1 qol həll edib.



7 avqust

Çempionlar Liqası

3-cü təsnifat mərhələsinin ilk oyunları


"Astana” (Qazaxıstan) - "Dinamo” (Zaqreb, Xorvatiya) 0:2
Qollar:
Budimir, 39, Olmo, 84

"Qarabağ" (Azərbaycan) - BATE (Belarus) 0:1
Qol:
Draqun, 36

"Malmö" (İsveç) - "Videoton" (Macarıstan) 1:1
Qollar:
Kristiansen, 62 (1:0), Neqo, 71 (1:1)

"Slaviya" (Praqa, Çexiya) - "Dinamo" (Kiyev, Ukrayna) 1:1
Qollar
: Verbiç, 82 (0:1), Huşbauer, 90+5 (1:1)

"Standard" (Belçika) - "Ayaks" (Hollandiya) 2:2
Qollar:
Huntelaar, 19 (0:1), Tadiç, 34 (0:2), Carcela-Qonzalez, 67 (1:2), Emond, 90+4-pen (2:2)

“Srvena Zvezda" (Serbiya) - "Spartak" (Trnava, Slovakiya) 1:1
Qollar:
Ben, 23-pen (1:0), Qrendel, 25 (1:1)

"Benfika" (Portuqaliya) - "Fənərbağça" (Türkiyə) 1:0
Qol:
Cervi, 69


Son xəbərlər