Ramin Musayev “Bakı” və “Xəzər Lənkəran”ın fanatları ilə görüş keçirdi

Ramin Musayev “Bakı” və “Xəzər Lənkəran”ın fanatları ilə görüş keçirdi
XƏBƏR 21 May 2010 / 17:31 1974
-  A +

Peşəkar Futbol Liqasının rəhbərliyi fan-klublarla görüş keçirilib. Qol.Az-ın məlumatına görə, PFL-in prezidenti Ramin Musayev, Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyevin qatıldığı görüşdə "Bakı" və "Fırtına" fan-klubnun nümayəndələri iştirak ediblər.
R.Musayev final oyunu ilə bağlı bəzi məsələləri toplantı iştirakçılarının diqqətinə çatdırıb. Kubokun final qarşılaşmasında fan-klubların üzərinə böyük məsuliyyət düşdüyünü deyən Musayev, oyunun gərgin, maraqlı keçəcəyini, oyundan öncə məşhur mügənnilərin möhtəşəm konsert proqramı ilə çıxış edəcəklərini söyləyib. Daha sonra fan-klub nümayəndələri stadionlarda qarşılaşdıqları problemlər və ümumiyyətlə Premyer Liqa barədə öz istək və arzularını Musayevin diqqətinə çatdırıblar. 3 saat davam edən görüşün sonunda PFL prezidenti hər fan-kluba 100 bilet hədiyyə edib.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın