"Qarabağ" BATE-yə uduzdu

"Qarabağ" BATE-yə uduzdu
ÖLKƏ FUTBOLU 7 Avqust 2018 / 22:49 17015
-  A +

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinə start verilib.

Qol.az-ın məlumatına görə, bu gün turnirdə ölkəmizi təmsil edən “Qarabağ” da ilk oyununa çıxıb.

Qurban Qurbanovun komandası Belarusun BATE klubunu qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, "Qarabağ” - BATE cütünün qalibi pley-off-da Hollandiyanın PSV klubu ilə qarşılaşacaq.



7 avqust

Çempionlar Liqası

3-cü təsnifat mərhələsinin ilk oyun

21:00. "Qarabağ” (Azərbaycan) - BATE (Belarus) - 0:1 
Qol:
Draqun, 36
Hakimlər: Andreas Ekberq, Mehmet Kulum, Stefan Hallberq, Kristofer Karlsson (hamısı İsveç)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı