Amit Quluzadə: “Foqtsun Avstriyada mənə debüt imkanı yaradacağına inanıram”

Amit Quluzadə: “Foqtsun Avstriyada mənə debüt imkanı yaradacağına inanıram”
XƏBƏR 21 May 2010 / 17:03 1886
-  A +

“Milli komandaya çağırılmışamsa, deməli, buna layiqəm. Berti Foqtsdan dəvət alacağımı da gözləyirdim. İnşallah, baş məşqçi şans versə, öz oyunumla da sübut etməyə çalışacağam ki, əsas komandanın sıralarında olmağa tam layiqəm. Rəqabətdən də qətiyyən çəkinmirəm”. Bu sözləri millimizin və “Neftçi”nin gənc futbolçusu Amit Quluzadə deyib.
Yığmamızın bu günkü açıq məşqindən sonra hazırlıqla bağlı jurnalistlərə fikirlərini açıqlayan 18 yaşlı yarımmüdafiəçi Avstriyadakı oyunlarda uğur qazanacağımıza inanır: “Yığmada ilk dəfə deyiləm. Bu səbəbdən məşqçi və oyunçuları tanıyıram. Əksər uşaqlarla elə “Neftçi”də çiyin-çiyinə çıxış edirəm. Digərləri ilə də yaxından tanışam və heç bir problemim yoxdu. Düşünürəm ki, yoldaşlıq oyunlarında da özümü göstərə biləcəyəm. Baş məşqçinin ən azından bir oyunda mənə debüt imkanı yaradacağına inanıram”.


Son xəbərlər