Qol.Az
Canlı nəticələr
WAP
RSS Qol.Az Facebook-da

Ana səhifə
Bütün Xəbərlər
Müsahibə
Video
DÇ-2018
 
Tarixin şəkli
Turnir cədvəli
Premyer Liqa
Yazarlar
Layihə
Haqqımızda
Reklam
Əlaqə
"Qarabağ"ı keçdi, baş məşqçi oldu

Yazarlar
 “Qarabağ” haqda...
Aydın BAĞIROV
 FİFA və UEFA-ya belə üzv olduq...
Şakir YAQUBOV
 Futbol, bazar, qovhaqov...
Səbuhi MƏMMƏDLİ
 Yoxa çıxan uşaqlar
İlqar Tağıyev
 Onlara futbol yox, yeni "qurban"lar lazımdır...
Tahir SÜLEYMANOV
Fotoreportaj
Bütün 
Mükafatlandırma mərasimindən şəkillər - DÇ-2018
Top 5
Klublarımızın yay transferləri - Yenilənir
“Qarabağ”ın pley-offdakı rəqibi müəyyənləşdi
Avroliqada pley-offçular bəlli oldu
"Fənərbaxça", "Seltik" və "Spartak" ÇL-dən kənarda qaldı
UEFA Superkubokunu "Atletiko" qazandı
Linklər
525ci Qəzet

"Qəbələ"ni haqlı hesab edirəm" - Ramin Musayev
A A A

[06.08.2018]
"Qəbələ"ni haqlı hesab edirəm" -<b style="color:red"> Ramin Musayev</b>

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayv müsahibə verib. Gündəmdəki məsələləri dəyərləndirən R. Musayev “Qəbələ”nin əvəzedici komandasının birinci divizionda iştirakdan imtina etməsinə də münasibət bildirib. PFL prezidenti əvvəlcə Hakimlər Komitəsi ilə Hakim İnspektorlar Komitəsinin birləşdirilməsi məsələsinə toxunub.

- Komitələrin birləşdirilməsi haqda yeni heç bir müzakirə və ya qərar yoxdur. Ümumiyyətlə, bu ərəfələrdə proseslərə ciddi təsir eləyən qərarların qəbul olunması uğurlu nəticə verməyə bilər. Hər bir məqamı ciddi ölçüb-biçib qərarlaşdırmaq vacibdir ki,  sonradan boşluqlar aşkara çıxmasın. Yalnız ən mükəmməl forma alan qərarları qəbul eləmək lazımdır.

- FIFA dərəcəli hakimlərimizin srasında dəyişikliyin gözləndiyi müzakirə edilir. Son mövsümü səhhətindəki problemlər və s. səbəblərdən yaxşı keçirməyən Ömər Paşayevi yaxşı performans göstərmiş Rauf Cabbarovun əvəzləyəcəyi deyilir.

- Rauf Cabbarov son mövsümdə əla hakimlik göstərdi. Öz üzərində çalışır, nəticələri də yaxşılaşır. Ancaq kiminsə FIFA hakimləri siyahısından çıxarılması gündəmdə deyil. Bu il dörd hakimin adı göndəriləcək.

- Əliyar Ağayev, Rəhim Həsənov, Ömər Paşayev və Rauf Cabbarov. Ancaq dörd namizədin adı göndərilsə də, üçünün təsdiq ediləcəyi gözlənilir. Belədə Öməri Raufun əvəzləyəcəyi...

- Onu indidən demək olmur. Dörd adın göndərilməsinə səbəb Əliyarın bu il I kateqoriyaya yüksəlməsidir. Güman edirik ki, bu məqamın təsiri ola bilər və Azərbaycana dörd yer verilər. Bu il olmasa belə, mütləq veriləcək.

- Bunu hakimliyin inkişafı kimi dəyərləndirmək doğrudur, yoxsa "bir güllə bahar"?

- Nə bir güllə bahar sayıram, nə də hakimliyin elə böyük inkişafı adlandırıram. Bu çox ağır prosesdir. İllərlə bu sahədəki problemlərlə mübarizə apardıq. Şükür ki, problemləri minimuma azaltmışıq. Əvvəllər mətbuatda hər gün hakimlikdə rüşvət problemindən yazılırdı, indi bu hallara, demək olar, rast gəlmirik. Son illər daha çox hazırlıq, zəif hakimlik məsələləri müzakirə edilir. Əsas odur ki, rüşvət olmasın, qalan problemləri həll eləmək olur.

-Anar Salmanov bugünkü çıxışında deyib ki, ölkə çempionatında cəmi 8 komanda oynayır. Buna görə o boyda PFL nəyə lazımdır? Sizə ünvanlayaq sualı, nəyə lazımdır?

- PFL nəyə lazımdır? Bu qurum yalnız 8 komanda üçün yaradılmayıb axı. I Divizion, ölkə kubokunun təşkili, keçirilməsi və sadalanası bir çox işləri məhz PFL görür. 10 ildir bu qurum var və faydasının nədən ibarət olduğunu futbol təsərrüfatndakılar görür. Bu qurum yaradılanda 8 komanda deyildi ki, indi belə bir fikir səsləndirilsin. Ölkə çemionatında klub sayının azalması PFL-in günahı deyil ki, bu məsələdə məhz PFL diqqət mərkəzinə çəkilsin. Bizim qurum klub yaradan, ya da ki klub dağıdan deyil, yarışların təşkilinə cavabdehdir. Bunu da ən yüksək səviyyədə, problemsiz görmüşük. Mən bu sözləri deməklə futbol camaatına kiçik hesabat verdim, həmişə də buna hazıram. Anar Salmanova cavab kimi demədim bunu. O, hakimlikdəki ciddi nöqsanlarına görə, bağışlanmaz səhvlərinə görə qovulub. Ona görə də PFL haqda acıqlı danışması təbiidir. Hətta bütün günahları da PFL-də görə bilər, təəccüblənmərəm.

- Gündəmin əsas məsələsi "Qəbələ"nin əvəzedici komandasının I Divizionda iştirakdan imtina etməsidir. Klub bununla bağlı AFFA və PFL-ə müraciət etdiyini açıqladı. Qərarınız nə olacaq?

- Müraciət şifahidir, yəni mən də olanlarla, deyilənlərlə mətbuat vasitəsiylə tanış olmuşam. Rəsmi heç bir sənəd yoxdur. Ancaq açıqlamalara baxmışam və haqlı hesab edirəm. Klub düşünür ki, əsas gücü 19 yaşlılardan ibarət komandaya qoyur və o komanda da müvafiq liqada iştirak edir. Diviziona birləşdirilən əvəzedicilərin çempionatında da bu komanda iştirak edirdi. İndi hesab edirlər ki, əvəzedicilərin çempionatı yoxdursa, eyni komandanı iki müxtəlif yarışla yükləməsinlər, əlavə komanda formalaşdırmağa da maddi cəhətdən hazır olmadıqlarının bildirirlər. Açıqlamalarında məntiqsiz heç nə görmədim. Ancaq məsələ ətrafnda müzakirələr olacaq. AFFA və PFL öz mövqeyini ictimaiyyətə açıqlayacaq.

- Qərarın nə olacağı vacib xəbərdir...

- Bilirəm, əlbəttə. İndidən heç nə demək olmaz. Bircə məsələ dəqiqdir ki, AFFA və PFL klublara qarşı deyil, onların yanındadır. Problem varsa, buna görə klubun üzərinə getmək yox, ciddi araşdırıb uyğun qərar qəbul etmək lazımdır. Çıxış yolu həmişə var.

- TPL-in startına lap az qaldı, I Divizionun püşkatması isə gecikir...

- Bu həftənin 4, ya da 5-ci günü Divizionun püşkü atılacaq.

Mənbə: Futbolpress.az



2842 dəfə baxılıb   
   Facebook Twitter MySpace Google
 
 

 
ARXİV                       
 
17.08.2018  10:35 Avroliqada pley-off mərhələsinin cütləri
17.08.2018  10:12 Azərbaycanın mövqeyi yenə dəyişdi - UEFA reytinqi
17.08.2018  01:23 Avroliqada pley-offçular bəlli oldu
16.08.2018  14:50 Birinci divizionda mövsümün tam təqvimi
16.08.2018  10:52 Simeone superkubok zəfərindən danışdı
16.08.2018  09:48 "Atletiko" bizi cəzalandırdı" - Lopeteqi
15.08.2018  10:55 "Qarabağ"ın hücumları elə də kəsərli alınmırdı"
15.08.2018  10:30 "Real" - "Atletiko": hansı kanallarda?
15.08.2018  00:32 "Qarabağ" layiqli rəqib idi” - Qleb
14.08.2018  14:20 "Qəbələ"də ciddi itki - 1 ay oynamayacaq
14.08.2018  11:21 PSV-nin futbolçusu "Qarabağ"ın şansını az hesab edir
14.08.2018  11:10 BATE - "Qarabağ" oyununda anşlaq
13.08.2018  20:51 "Qarabağ" aldadıcı təəssürat yarada bilər" - BATE-nin futbolçusu
12.08.2018  22:14 "Bu, görmək istədiyim "Səbail" deyil" - Aftandil Hacıyev
12.08.2018  22:02 Sənan Qurbanovun qələbə şərhi
12.08.2018  20:08 Millimizin üzvü oynadı, komandası liderliyini qorudu
12.08.2018  12:44 “Barselona”nın yeni transferləri forma nömrələrini seçdilər
12.08.2018  00:15 "Məğlubiyyətdə əsas günahkar baş məşqçi olur" - Nazim Süleymanov
12.08.2018  00:01 "İndi "Qarabağ" haqda düşünmürəm" - Roberto Bordin
11.08.2018  14:18 "Bizə lazım olanı əldə etdik" - Ayxan Abbasov
 
 
  17.08.18
17:49
  "Mançester Siti" yeni transferini icarəyə verdi
17:26
  Vəli Qasımov Avroliqanın püşkatmasında
17:12
  Premyer Liqamızda ilk turun ən yaxşı futbolçusu
16:47
  Messinin qardaşına hökm oxundu
16:25
  Qriqorçuk "Astana"dan ayrıldı
15:51
  "Neftçi" "Bakcell Arena"ya nə vaxt qayıdır?
15:36
  Premyer Liqamızda ilk turun rəmzi komandası
15:24
  Hafiz Məmmədov “Atletiko”nu təbrik etdi
14:50
  "Milan"dan 2 transfer - rəsmi
14:21
  "Qarabağ"la oyunlar üçün 25 futbolçu - "Şerif"in heyəti
14:08
  "Beşiktaş"a sərf edən məğlubiyyət - Video
13:58
  Etopaz-da 39 canlı oyun
13:25
  25 illik "Yuventus" karyerası bitdi
13:00
  "Qarabağ"ı keçdi, baş məşqçi oldu
12:40
  Premyer Liqamızda 2-ci turun - hakim təyinatları
12:30
  "Şerif" "Qarabağ"a belə rəqib oldu - Video
12:04
  "Keşlə"də 2 yeni futbolçu
11:30
  Məşhur məşqçi Cənubi Koreya millisində
11:02
  "Qarabağ"ın "Şerif"lə oyunlarının saatı açıqlandı
10:35
  Avroliqada pley-off mərhələsinin cütləri
10:12
  Azərbaycanın mövqeyi yenə dəyişdi - UEFA reytinqi
09:44
  "Zenit"dən möhtəşəm qələbə - Video
02:00
  “Barselona”nın müdafiəçisi Fransa klubunda
01:43
  Çex “Çelsi” ilə oyunda start heyətində yer alacaq
01:23
  Avroliqada pley-offçular bəlli oldu
01:09
  “O, stadionu ayaqyolu adlandırsa da, ora bir avro belə xərcləməyib”
00:51
  “Qarabağ”ın pley-offdakı rəqibi müəyyənləşdi
00:36
  “Proqres” Rusiya futbolu tarixinə düşdü
00:17
  “Yaxşı heyətimiz var” - Marselo
00:00
  “Zenit”dən fantastik “come back”
  16.08.18
23:00
  Mourinyo "Başakşəhər"in düşərgəsində - Şəkil
21:35
  Uruqvay millisinin üzvü "Milan"da
20:55
  "Yuventus"da yeni müqavilə
20:14
  Qola bərabər ötürmələr - Video
19:40
  "Barselona"nın futbolçusu İtaliya klubunda
19:10
  "Milan"ın oyunu təxirə salındı - körpü faciəsinə görə
18:40
  Luis Enrikenin köməkçiləri müəyyənləşdi
18:18
  "Qəbələ"nin "Neftçi" ilə 46-cı dueli
18:02
  "Şərhçi olmaq istəyən kəfəni əyninə keçirib gəlir"
17:49
  Bu həftənin xilaskar qapıçıları - Video
17:20
  Lukaku millidən gedəcəyi vaxtı açıqladı
16:59
  "Fənərbaxça"nın futbolçusu A seriyası klubunda
16:35
  "Arsenal"ın yeni kapitanı nə vaxt qayıdır?
16:10
  Əsədov beynəlxalq federasiyada yüksək vəzifəyə seçildi
15:54
  La Liqanın bəzi oyunları ABŞ və Kanadada keçiriləcək
15:20
  “Qarabağ” haqda...
15:14
  PSJ yeni transferi ilə müqavilə imzaladı
14:50
  Birinci divizionda mövsümün tam təqvimi
14:29
  Şeydayev Rusiya Premyer Liqa klubunda - qol vurdu
13:59
  "Millidən getməyi düşünürdüm, amma.." - Toni Kroos
13:28
  Poqbanın "Barselona" israrı
13:05
  "Arsenal"ın qapıçısı "Napoli"də
12:41
  Rəşad futboldan getməlidirmi? - Mütəxəssislərin rəyi
12:15
  “Qafqazinfo” 8-ci qolu vurdu…
12:14
  Millimiz neçəncidir? - FİFA reytinqi açıqlandı
BÜTÜN XƏBƏRLƏR
© 2008-2018 Qol.Az - Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Yerləşdirilən reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.
  Proqramlaşdırma: Elshad100.
Livescore