15 min bilet satılıb - "Qarabağ"ın oyunu üçün

15 min bilet satılıb -  "Qarabağ"ın oyunu üçün
GÜNDƏM 6 Avqust 2018 / 00:59 4998
-  A +

Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin “Qarabağ” - BATE (Belarus) oyununa bilet satışı davam edir.

Ağdam klubunun mətbuat xidmətindən Qol.az-a bildirilib ki, bu gün axşama olan məlumata əsasən, artıq matça satışa çıxarılan biletlərdən 15 mini satılıb.

Qeyd edək ki, “Qarabağ” - BATE matçı avqustun 7-i, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və 21:00-da start götürəcək.

Oyuna biletləri stadionun kassaları, “Qarabağ”ın Park Bulvardakı rəsmi fan shopu, 28 Mall, eləcə də itichket.az saytından onlayn vasitəsi ilə almaq olar.

Daha çox


Son xəbərlər