«Qalatasaray» Vaqif Cavadova yol açır

«Qalatasaray» Vaqif Cavadova yol açır
DÜNYA FUTBOLU 21 May 2010 / 15:21 3408
-  A +

«Qalatasaray» komandası baş məşqçi Frank Raaykardın transferlə bağlı klub rəhbərliyinə verdiyi siyahıya uyğun olaraq transfer siyasəti həyata keçirir. Qol.Az-ın məlumatına görə, Raaykardın siyahısında ilk yerdə Vaqif Cavadovun çıxış etdiyi «Tvente» komandasında kirayə əsasında forma geyən hücumçu Miroslav Stok dayanır. Vaqifin komanda yoldaşı ilə artıq transferlə bağlı ilkin görüşlər olub. Futbolçunun «Qalatasaray»da oynamağa normal münasibət bəslədiyi bildirilir. «Cim-bom» bu transferə 5 milyon avro ödəməyə hazırdır.
Stok 16 yaşında «Çelsi»yə transfer olunsa da, əsas heyətdə oynamağa şansı olmayıb. Bu mövsüm Hollandiya liqasında 32 matçda forma geyən Stok 10 qol vurub və 4 qolun ötürməsini verib.

 


Son xəbərlər