Poqba üçün danışıqlar başlayır – “Barselona”ya keçə bilər

Poqba üçün danışıqlar başlayır – “Barselona”ya keçə bilər
DÜNYA FUTBOLU 5 Avqust 2018 / 13:22 4419
-  A +

Fransa millisinin yarımmüdafiəçisi Pol Poqbanın agenti Mino Rayola futbolçunun “Barselona”ya mümkün transferini müzakirə etmək üçün “Mançester Yunayted” rəhbərliyi ilə görüşəcək.

Qol.az-ın “Daily Star” nəşrinə istinadən yaydığı xəbərə görə, bu keçidə razılıq verilsə, “Barselona” qarşı tərəfə 100 milyon funt (112 milyo avro) təzminat ödəyəcək.

Bundan əvvəl yayılan xəbərə görə, Fransa millisi ilə DÇ-2018-in qalibi Poqba baş məşqçi Joze Mourinyonun xahişini rədd edərək istirahətini yarımçıq buraxmayıb. Bu da onların münasibətinin soyumasına səbəb olub.

Poqbanın “MY” ilə müqaviləsinin müddəti 2021-ci ilin yayında başa çatır. O, bu kluba 2016-cı ildə 94.5 milyon funt (105 milyon) avro qarşılığında “Yuventus”dan keçib.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı