Araz Abdullayev: “Everton”a keçidim yaxın günlərdə dəqiqləşə bilər”

Araz Abdullayev: “Everton”a keçidim yaxın günlərdə dəqiqləşə bilər”
ÖLKƏ FUTBOLU 21 May 2010 / 14:50 3795
-  A +

“Hazırlıqlara 2-3 gündür başlamışıq. Hiss olunur ki, uşaqların hamısında həvəs var. Baş məşqçimiz yaxşı məşqlər keçir ki, biz də onun tapşırıqlarını mümkün qədər yaxşı şəkildə həyata keçirməyə, onun ümidlərini doğrultmağa çalışırıq. Qarşıdakı oyunlarda da baş məşqçinin bizə şans verməsini gözləyirik. Təbii ki, şans verilsə, özümüzü ən yaxşı tərəfdən göstərib, millinin əsas heyətinə düşməyə layiq olduğumuzu sübut etməyə çalışacağıq. Bu yöndə heç bir rəqabətdən çəkinmirəm”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin və millimizin gənc yarımmüdafiəçisi Araz Abdullayev söyləyib.
Millinin bugünkü məşqi zamanı fikirlərini bölüşən gənc futbolçu millinin qarşıdakı oyunlarına həm də, xarici klubların diqqət mərkəzinə düşmək şansı kimi baxdığını deyir: “Bilidiyimə görə, Avstriyaya çoxlu klublar, yığmalar təşrif buyuracaq. Mən də həmişə hansı oyuna çıxmışamsa, orada özümü ən yaxşı tərəfdən göstərməyə çalışmışam. Üç oyundan hansındasa meydana çıxsam, yenə özümü göstərmək üçün çalışacağam. Yəqin ki, yaxşı oyun nümayiş etdirsəm, ora gələn menecerlərin də diqqətini çəkmiş olacam”.
Bir müddət öncə İngiltərənin “Everton” klubundan təklif alan millimizin üzvü həmin məsələnin heç də arxa plana keçirilmədiyini, klublar arasında danışıqların davam etdiyini deyir: “Bu məsələ hələ də gündəmdədir. Sadəcə bu, klublar arasındakı danışıqlardan asılıdır. “Everton” rəhbərliyi “Neftçi”ylə danışıqları hələ də davam etdirir. Yəqin ki, yaxınlarda bu məsələ tam dəqiqləşəcək”.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın