“Təhlükəsiz ölkə olduğu üçün Azərbaycanı seçdim" - fransız futbolçu

“Təhlükəsiz ölkə olduğu üçün Azərbaycanı seçdim" -  fransız futbolçu
MÜSAHİBƏ 3 Avqust 2018 / 16:10 9853
-  A +

“Zirə”nin yeni transferi Dilan Doventru Qol.az-a müsahibə verib. Fransalı yarımmüdafiəçi həm keçidindən, həm yeni komandasında gördüklərindən danışıb.

- “Zirə”yə keçidiniz necə alındı?

- “Zirə”nin mənimlə maraqlandığını eşitdim. Amma Azərbaycan haqqında elə də çox məlumatlı deyildim. Klubun, təmsil olunduğu şəhərin necə olmasını öyrənməli idim. Lazım olan məlumatları əldə etdikdən sonra “Zirə”yə keçməyə razılıq verdim.

- Təklif qəbul edərkən tərəddüd etdiniz? Özünüzün də dediyiniz kimi, Azərbaycan sizin üçün elə də tanış ölkə deyildi...

- Təklifə dərhal müsbət cavab vermədim. Əvvəlcə klub və ölkə barəsində müəyyən bilgilər topladım. Yalnız bundan sonra razılıq vertdim.

- Dediniz ki, müəyyən araşdırma aparıb, məlumat topladınız. Bilmək olarmı, sizi Azərbaycana gətirən başlıca amil nə oldu?

- Azərbaycanın gözəl və ailəm üçün təhlükəsiz bir ölkə olduğunu dedilər. Mənim üçün əsas olan bu idi.

- Artıq bir aya yaxındır “Zirə”nin düşərgəsindəsiniz. Yeni komandanızla bağlı fikirləriniz necədir?

- Hər şey təsəvvür etdiyimdən daha yaxşıdır. İnsanlar mehriban və qonaqpərvərdilər. O ki qaldı komandaya, təşkilatçılıq və iş şəraiti əladır. Bir sözlə, hər şey məni qane edir.

- Hazırlıqlar necə gedir? Komandaya uyğunlaşa bilirsiniz?

- Komandaya bir az gec qoşulduğum üçün ilk vaxtlar mənə bir az çətin oldu. Amma hazırlıq yüksək səviyyədə davam edir. Getdikcə formaya düşürəm. Komanda yoldaşlarım da mənə yaxından kömək edirlər.

- “Zirə”dən əvvəl 2 il Kipr çempionatında oynamısınız. Ötən mövsüm “Anortosis”in formasını geyinmiş Azərbaycan millisinin üzvü Araz Abdullayevi tanıyırsınız?

- Xeyr, onu tanımıram.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın