Fərid Quliyev bombardirlik bacarığını millidə də nümayiş etdirmək istəyir

Fərid Quliyev bombardirlik bacarığını millidə də nümayiş etdirmək istəyir
XƏBƏR 21 May 2010 / 13:44 1728
-  A +

Bu gün keçirilən millinin açıq məşqində jurnalistlərin qarşısına çıxan futbolçulardan biri də Fərid Quliyev oldu. Qol.Az-ın məlumatına görə, əsas yığmamızın və “Standard”ın hücumçusu hazırlıq prosesi, düşərgədi ab-hava və qarşıdakı yoxlama oyunları ilə bağlı aşağıdakı fikirləri dilə gətirib:
- Komandada çox yaxşı əhval-ruhiyyə var. Hər birimiz mümkün qədər yaxşı hazırlaşmağa çalışırıq ki, qarşıdakı yoxlama oyunlarında qələbə qazanaq. Bunun üçün baş məşqçinin verdiyi bütün tapşırıqları həyata keçirməyə çalışırıq. Hər şey normaldı.
- Qarşıdakı yoxlama oyunları haqda nə deyə bilərsən? Millinin qələbə şansları səncə, nə dərəcədə yüksəkdi?
- Üçü də çətin rəqbdi. Əsas məqsədimiz o olacaq ki, ən azından heç olmasa, məğlub olmayaq. Amma qələbə qazanmağa çalışacağıq. Seçmə mərhələyə qələbə ilə yollanmaq heç də pis olmazdı. Buna görə də, sonadək mübarizə aparıb, istəyimizə çatmalıyıq.
- Premyer Liqada bombardir oldun. Millinin heyətində qarşıdakı oyunlarda da qolçuluq bacarığını göstərə biləcəksənmi?
- Əlbəttə, milli çempionatda bombardir olduğum üçün gərək bu bacarığımı yığmada da nümayiş etdirim. Baş məşqçi şans verəcəyi halda, bunun üçün əlimdən gələni edəcəm.
- Neçə qol vurmaq istəyirsən?
- Nə qədər çox qol vursam, bir o qədər yaxşı olar. Əsas məqsədim milliyə yardımçı olmaqdı. Qolu mənim vurmağım elə də ciddi əhəmiyyət daşımır.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord