Bizimkiləri Avroliqadan çıxaranlar – “Proqres” üçüncü mərhələdə

Bizimkiləri Avroliqadan çıxaranlar – “Proqres” üçüncü mərhələdə
DÜNYA FUTBOLU 3 Avqust 2018 / 12:31 4633
-  A +

Avropa Liqasının birinci mərhələsində Azərbaycanın üç klubunu mübarizədən kənarlaşdıran üç komandadan ikisi növbəti mərhələdə mübarizəni dayandırıb.

Qol.az-ın xəbərinə görə, “Qəbələ”nin rəqibi olmuş Lüksemburq “Proqres”i ilk oyunda 0:1 hesabı ilə uduzğudu Macarıstanın “Honved” komandasını evdə 2:0 hesabı ilə məğlub etməyi bacarıb və üçüncü mərhələdə iştirak hüququ qazanıb. Üçüncü mərhələdə "Proqres" Rusiya təmsilçisi "Ufa" ilə qarşılaşacaq.

“Neftçi” ilə oynamış “Uypeşt” (Macarıstan) və “Keşlə”ni mübarizədən kənarlaşdırmış “Baltsan” (Malta) isə uğursuzluqla üzləşiblər. “Uypeşt” İspaniya “Sevilyası”na (ilk oyun 0:4, cavab matçı 1:3), “Baltsan” isə Slovakiya “Slovan”ına (2:1, 1:3) uduzaraq Avroliqayla erkən vidalaşıblar.


Son xəbərlər