“Xəzər Lənkəran” ilk transferini reallaşdırdı

XƏBƏR 21 May 2010 / 13:39 2237
-  A +

“Xəzər Lənkəran” klubu 2010-2011-ci il mövsümü üçün ilk transferini reallaşdırıb. Lent.az-ın məlumatına görə, cənub təmsilçisi 2009-2010-cu il mövsümünü icarə əsasında “Qəbələ” klubunda keçirmiş “Turan”ın futbolçusu Vurğun Hüseynovla anlaşıb.

Xəbəri komandanın vitse-prezidenti Tuyqun Nadirov da təsdiqləyib. O, 21 yaşlı müdafiəçi ilə danışıqların artıq yekunlaşmaq üzrə olduğunu bildirib: “Demək olar ki, məsələ 99 faiz həllini tapıb”.

Nadirov müqavilənin ən azı ilyarım müddətinə bağlanacağını vurğulayıb. Gənc futbolçu “Xəzər Lənkəran”a Avropa Liqası matçlarında kömək edə biləcək.

Qeyd edək ki, cari mövsümdə “Qəbələ”nin heyətində uğurlu çıxışı ilə diqqət çəkən Vurğun Hüseynov artıq Azərbaycan yığmasına da cəlb olunub.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı